SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO Ceyhun Bayramovla Yens Stoltenberqin görüş vaxtını açıqlayıb

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
NATO-nun saytında yerləşdirilən məlumatda qeyd olunub ki, görüş sabah Brüsseldə baş tutacaq.
BAKI, 18 iyul — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək.
Bu barədə NATO-nun saytında məlumat yerləşdirilib.
Görüş sabah Brüsseldə baş tutacaq. Əlavə olaraq qeyd olunub ki, görüş mediaya qapalı olacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan XİN rəhbəri Tbilisidə ermənistanlı həmkarı ilə görüş keçirmişdi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, xarici işlər nazirləri arasında ikitərəfli görüşdə nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Xəbər lenti
0