https://sputnik.az/20220719/baydenin-seudiyye-erebistanina-seferi-biabirciliq-idi-444139655.html
Baydenin Səudiyyə Ərəbistanına səfəri biabırçılıq idi
Baydenin Səudiyyə Ərəbistanına səfəri biabırçılıq idi
Sputnik Azərbaycan
"The Wall Street Journal"ın jurnalisti Co Baydenin Səudiyyə Ərəbistanına səfərini biabırçılıq adlandırıb və siyasətçinin orada heç bir məsələdə uğur... 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T12:59+0400
2022-07-19T12:59+0400
2022-07-19T12:59+0400
dünya xəbərləri
co bayden
cozef bayden
səudiyyə ərəbistanı
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443955504_0:0:3071:1728_1920x0_80_0_0_51663b5431fd5421161a85297babe0ce.jpg
BAKI, 19 iyul — Sputnik. "The Wall Street Journal"ın jurnalisti Karen Elliott Haus ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfərini biabırçılıq adlandırıb və siyasətçinin orada heç bir məsələdə uğur qazanmadığını vurğulayıb.Jurnalist ABŞ liderinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudu ənənəvi əl sıxma ilə deyil, "yumruq zərbəsi" ilə salamlamasına diqqət çəkib. Bu cür salamlaşma son illərdə koronavirus pandemiyası səbəbindən qəbul edilib.Daha sonra Bayden vəliəhdi səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsində ittiham edib."Bu, Baydenin can atdığı ABŞ-Səudiyyə əməkdaşlığının bərpasıdır", - deyən Haus prezidentin səfərini "qaçırılmış fürsət" adlandırıb.Jurnalistin fikrincə, bu səfər ABŞ-ın Yaxın Şərqdəki maraqlarına xələl gətirərək, bütün dünyaya nümayiş etdirdi ki, nə Səudiyyə Ərəbistanı, nə də digər Körfəz ölkələri ABŞ-a korlanmış münasibətləri bərpa etmək üçün fədakarlıq edəcək qədər etibar etmirlər.İyulun 13-dən 16-dək Bayden Yaxın Şərq turu zamanı İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanında olub.
https://sputnik.az/20220716/kicik-bayden-boyuk-baydeni-batirir-444055249.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443955504_340:0:3071:2048_1920x0_80_0_0_9c7d0a3b1feb1bdf285927de31b2300a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, cozef bayden, səudiyyə ərəbistanı, abş
co bayden, cozef bayden, səudiyyə ərəbistanı, abş
Baydenin Səudiyyə Ərəbistanına səfəri biabırçılıq idi
"The Wall Street Journal"ın jurnalisti Co Baydenin Səudiyyə Ərəbistanına səfərini biabırçılıq adlandırıb və siyasətçinin orada heç bir məsələdə uğur qazanmadığını vurğulayıb.
BAKI, 19 iyul — Sputnik. "The Wall Street Journal"ın jurnalisti Karen Elliott Haus ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfərini biabırçılıq adlandırıb və siyasətçinin orada heç bir məsələdə uğur qazanmadığını vurğulayıb.
Jurnalist ABŞ liderinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudu ənənəvi əl sıxma ilə deyil, "yumruq zərbəsi" ilə salamlamasına diqqət çəkib. Bu cür salamlaşma son illərdə koronavirus pandemiyası səbəbindən qəbul edilib.
Daha sonra Bayden vəliəhdi səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsində ittiham edib.
"Bu, Baydenin can atdığı ABŞ-Səudiyyə əməkdaşlığının bərpasıdır", - deyən Haus prezidentin səfərini "qaçırılmış fürsət" adlandırıb.
Jurnalistin fikrincə, bu səfər ABŞ-ın Yaxın Şərqdəki maraqlarına xələl gətirərək, bütün dünyaya nümayiş etdirdi ki, nə Səudiyyə Ərəbistanı, nə də digər Körfəz ölkələri ABŞ-a korlanmış münasibətləri bərpa etmək üçün fədakarlıq edəcək qədər etibar etmirlər.
İyulun 13-dən 16-dək Bayden Yaxın Şərq turu zamanı İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanında olub.