https://sputnik.az/20220716/kicik-bayden-boyuk-baydeni-batirir-444055249.html
Kiçik Bayden böyük Baydeni batırır
Kiçik Bayden böyük Baydeni batırır
Sputnik Azərbaycan
Hanterin işi ciddi qəbul edilsə, Demokratlar noyabrda keçiriləcək seçkilərdə həm də asanlıqla prezidentlərindən məhrum ola bilərlər 16.07.2022, Sputnik Azərbaycan
2022-07-16T21:30+0400
2022-07-16T21:30+0400
2022-07-16T22:13+0400
co bayden
təhlil
cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443427555_0:0:3071:1728_1920x0_80_0_0_d5290cf2cdce11555b04a9c81ace2fe1.jpg
BAKI, 16 iyul — Sputnik. Payız seçkiləri ərəfəsində respublikaçılar özlərinin əsas kozırlarını qollarından çıxarıblar. Çox güman ki, bu, Amerika Birləşmiş Ştatları Prezidentinin oğlunun təmirdə unudulmuş əfsanəvi noutbukudur və onun içində Amerikanın birinci ailəsi ilə bağlı tonlarla kompromatlar var. Bu yaxınlarda hətta Demokratlar üçün işləyən KİV də onun həqiqiliyini etiraf edib. Bundan əvvəl onlar iki il ərzində "hamınız yalan danışırsınız" üslubunda bütün ifşalara qarşı mübarizə apardılar.Narkotik aludəçisi, alkoqolik, rüşvətxor, arvadbaz, porno və fahişələrə ağrılı aludəçiliyi olan müasir rəssam - deyəsən Hanter Bayden haqqında hər şeyi bilirik. Ancaq xeyr, noutbukdan bir ucdan gen-bol yeni nələrsə kəşf edilməyə davam edir. Hanterin hansı sərgüzəştlərinin Amerika ictimaiyyətini laqeyd qoyduğunu, hansının isə ciddi şəkildə şoka saldığını müşahidə etmək maraqlıdır. Bu, amerikalıları bir millət kimi yaxşı xarakterizə edir.Məsələn, kiçik Baydenin Ukraynadakı hərbi biolaboratoriyalar mövzusunda yazışmaları və onun ən təhlükəli virusların hazırlanmasına sərmayələri o qədər də böyük təəssürat yaratmayıb. Bu laboratoriyalarda nələr ediblər, bədbəxt ukraynalılarda hansı ölümcül xəstəliklər yoxlanılıb, Hanter niyə milyonlarla dollar köçürüb (Pentaqon da daxil olmaqla), dünyaya daha hansı infeksiya buraxmağı planlaşdırırdılar? Bu suallar bütün planeti narahat edir, lakin ABŞ-ı yox. Böyük iş olub, yaxşı ailədən olan bir oğlan Yukreyndən yerli əhali üzərində belə bir təcrübə keçirib.Ancaq əlində silah tutmuş çılpaq Hanterin hansısa çılpaq qızla birlikdə otel otağında avaralandığı video ictimaiyyətin hiddətinə səbəb oldu.Fakt budur ki, böyük Baydenin mənsub olduğu Demokratik Partiya silah satışına qadağa və ya məhdudiyyət üçün yorulmadan mübarizə aparır. Kütləvi gülləbaran olan kimi (son zamanlar isə bu, iki gündə üç dəfə baş verir), Demokratlar özlərinin ritual mərsiyələrinə başlayırlar.Eyni zamanda, kiçik Bayden mütəmadi olaraq tapança alır - keçmiş arvadı hətta xatirələr kitabında bu barədə şikayət edirdi - və onları saxladığı qadınların qarşısında yelləyərək lentə alır. Çirkin görüntü alınır. Odlu silahlara qadağanın bütün mövzusu onlar üçün iti bıçağa bərabər olan respublikaçılar qəzəblənirlər, amma Hanterin istər atasını, istərsə də bütün partiyanı necə biabır etdiyini başa düşən demokratlar da qəzəblənirlər.İyirmi il ərzində Hanterin əlindən on milyonlarla dollar keçib. Onları nə üçün və kimdən alıb? Görəsən, bu pullardan atasına pay verib? Görəsən, ata Bayden ABŞ-ın senatoru, vitse-prezidenti, sonra isə prezidenti öz vəzifəsindən donatorlarına hansısa yolla ödəmək üçün istifadə edib? Bəs bütün bunlarda "Cim dayı" – prezidentin qardaşı necə iştirak edib?Xeyr, əlbəttə ki, "ABŞ-da korrupsiya yoxdur". Biz bu mantranı otuz ildir ki, eşidirik. Korrupsiya, Saşa Baron Koenin öz filmlərində hazırcavablıqla ələ saldığı vəhşi xalqlarda olur. ABŞ-da buna "lobbiçilik", "hüquqi xidmətlər" və ya "biznesin inkişafına kömək" deyilir. Onlarda korrupsiya, deyəsən, heç yoxdur.Buna baxmayaraq, Baydenlərin ətrafında, tədricən, daxilində hər şeyin mümkün olduğu bir istisna zonası formalaşır. Yox, taleyüklü "rüşvət" sözü hələ eşidilməyib, amma hər şey yavaş-yavaş buna doğru gedir.İlk qaranquş Hanterin keçmiş həyat yoldaşı Keytlin Bulenin "If We Break" ("Əgər boşansaq") xatirələr kitabı oldu. Orada o, Hanterin ABŞ-ın Daxili gəlir Xidmətinə böyük borcları olduğunu, lakin o, problemləri birtəhər həll etdiyini və mövzunun həll edildiyinə ehtiyatla işarə edir.Bu, milyonlarla amerikalı üçün çox ağrılı mövzudur. Sadə vətəndaş cənnət məhkəməsi kimi hər yerdə peyda olan vergi məmurlarından qorxur və bu partlayıcı sferada bütün növ ixtisaslara icazə verildiyini görüb kifayət qədər qəzəblənir. 2020-ci ildə ictimai qəzəbin təzyiqi altında Delaver federal prokurorları Hanter Baydenin vergi fırıldaqçılığı ilə bağlı araşdırma başlatmağa məcbur oldular.Burada istehzalı ondadır ki, Delaver ştatı ABŞ-ın düppədüz mərkəzində klassik ofşordur. Burada dünyanın ən zəngin korporasiyalarının sahibləri sərvətlərini vergilərdən gizlədirlər. İstintaq hələ də davam edir. Çirkli pulların yuyulması və xarici maraqların lobbiçiliyi də qeyd olunur, amma nəticə görünmür.Amma bu da son deyil. Elə həmin leptopdan ata Baydenin 2018-ci ilin dekabrında oğluna ünvanlanmış səsli məlumatı işıq üzü gördü. O, Hanterə "Nyu-York Tayms" qəzetində istintaqın barədə materialın çıxması barədə mehribanlıqla xəbərdarlıq edir, özü də onun sözlərinə görə, məqalə "yaxşı" alınıb. "Düşünürəm ki, indi təmizsən, - Co Bayden belə deyir. "Bacarsan mənə zəng et, səni sevirəm.""İndi təmizsən" o deməkdir ki, keçmişdə nəsə natəmiz olub, jurnalistlər isə bunu aşkarlaya biliblər. Həqiqətən də, 2018-ci il dekabrın 12-də The New York Times qəzetində dərc olunan məqalədə Hanter Bayden və çinli iş adamı Patrick Xo arasındakı əlaqələr təsvir edilir. Bununla belə, nəşrin müəllifləri araşdırmanın diqqətini Hanterdən səylə yayındırdılar və o, "sudan quru çıxdı". Onun Xo ilə əməkdaşlığının təfərrüatları yalnız bu günlərdə açıqlanıb.Məlum olub ki, Patrick Xo sözdə hüquqi xidmətlər üçün Hanterə bir milyon dollar köçürüb. Yaxşı, bu, hansı xidmətlər ola bilər? Hanteri vəkil kimi təsəvvür etmək gülüncdür. Üstəlik, qiymət etiketi də çox astronomikdir. Belə bir hiss var ki, ABŞ-ın vitse-prezidentinin oğlu, sadəcə, çinliləri himayəsinə götürmüşdü. 2017-ci ildə Kennedi hava limanında federallar tərəfindən həbs edildikdən sonra Xonun ilk olaraq Ceyms Baydenə - "Cim dayı"ya zəngi də düşündürücüdür.New York Post qəzetinə görə, Hanter, atası Ço və Cim əmi çox milyon dollarlıq neft ortaqlığı yaratmaq üçün Xo ilə ortaq olublar. Hanter e-poçtda çinlilərə xəbərdarlıq edib: "On faiz Böyük oğlana gedəcək". "Böyük oğlan" - ABŞ-ın gələcək prezidenti Co Baydendir. Gün kimi aydındır.Çinlilərin açıq şəkildə Hanterin qulluğunda durması, ona şam yeməyi, qızlar, rüşvət verməsi Amerika auditoriyası üçün yeni xəbər deyil. Hətta bir dəfə ona nəhəng brilyant hədiyyə edilmişdi. Lakin ilk dəfə olaraq ictimaiyyətə sübutlar təqdim olunur ki, böyük Bayden nəinki baş verənləri mükəmməl bilir, həm də bu cinayət sxemlərində fəal iştirak edirdi.Amerika korrupsiyasının bir növ ixtiraçı, populyar üslubu diqqəti çəkir. Bahalı yeməklər, bahalı içkilər, yarıçılpaq xanımlar, dərmanlar, tapançalar, üstəlik, bu bayağı brilyant. Bütün bunlar təəccüblü deyil: Bayden ailəsi ilə məşğul olmamışdan əvvəl Patrick Xo, Amerika kəşfiyyat xidmətlərinin fikrincə, Afrika ölkələrinin liderlərini fəal şəkildə rüşvətlə ələ alıb. Buna görə o, ABŞ-da məhkum edilib. Stil həqiqətən tanınır - Afrikadır. Bu adamlar isə yeməyi də bacarmırlar, daim Rusiyada korrupsiya ilə mübarizə aparırlar. Bəs, özlərində bunu sınayıblar?Lakin bu kifayət deyil. Porno videolarından birində Hanter təsadüfən bir fahişəyə Patrik Xo ilə biznesi haqqında danışır və onu "lənətə gəlmiş baş casus" (fucking chief spy) adlandırır. Aydındır ki, iş adamı rəsmi olaraq belə bir şey etməyib. Bununla belə, Xonun hansısa yolla Çinin kəşfiyyat strukturları ilə əlaqəsi ola biləcəyi barədə fərziyyə yaranır. ÇXR-in kəşfiyyat xidmətləri aparıcı çinli iş adamları ilə, xüsusən də beynəlxalq layihələr həyata keçirənlərlə kifayət qədər sıx əməkdaşlıq edir, bu, əslində adi bir təcrübədir.Və sonra nə baş verir? ABŞ-ın gələcək prezidentinin ailəsi cüzi qiymətə Çin kəşfiyyatı üçün işləyirdi? Ancaq bu, artıq rüşvətxorluq deyil - bu, tam bir dövlət xəyanətdir."Sizin sübutuz nədir?"- Demokratlar qəzəblənir. Amma əsas sübut gözlərinin qarşısındadır. Baydenlərin Çinə qarşı siyasəti Donald Trampın sərt və inamla apardığı ticarət müharibələrinin tam əksidir. İndi Vaşinqton Administrasiyası natiqlikdə məharət göstərir, ÇXR-i söyür, Tayvanda münaqişəni qızışdırmağa çalışır, amma əslində, iş elə getdiyi kimi də davam edir. Birgə layihələrdə Amerika oliqarxları uğurla zənginləşirlər.Yeni ifşalardan aydın olur ki, Hanter Bayden Google-un Çindəki yüksək vəzifəli şəxslərinin maraqlarını təbliğ edib. Yeri gəlmişkən, onlar çox uzun müddətdir ki, Vaşinqton administrasiyasında aparıcı rol oynayırlar. Eyni ilə Obama dövründə siyasi Olimpə qalxmış Erik Şmidt, Baydenin dövründə orada işləməyə davam edir. Onun yaratdığı Google iki il ərzində Bayden ailəsinin bütün ifşalarını axtarış sistemlərində boğub və onları saxta kimi qeyd edib. Beləliklə, istər-istəməz sual yaranır: hökmdarı kim idarə edir? Qərarları hələ də Bayden qəbul edir, yoxsa bir dəstə Amerika oliqarxı tərəfindən ona diktə olunur?ABŞ-da respublikaçı elektorat həmişə əmin olub ki, Amerika prezidenti öz uşaqları və ailəsi ilə birlikdə çinlilərə satılıb. Bu gün bu mövzu konkret ittihamlar həddinə çatıb. Burada açıq-aşkar korrupsiya da var, Çinin kəşfiyyat xidmətləri ilə mümkün əməkdaşlıq da. Baydenlərə suallar yığılır.Görünən odur ki, Hanterin işi ciddi qəbul edilsə, Demokratlar təkcə noyabrda keçiriləcək seçkiləri uduzmayacaqlar. Onlar həm də asanlıqla prezidentlərindən məhrum ola bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443427555_187:0:2918:2048_1920x0_80_0_0_96e537df3ddb866e850e5b04fe345973.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
co bayden, cozef bayden
Kiçik Bayden böyük Baydeni batırır
21:30 16.07.2022 (Yenilənib: 22:13 16.07.2022) Hanterin işi ciddi qəbul edilsə, Demokratlar noyabrda keçiriləcək seçkilərdə həm də asanlıqla prezidentlərindən məhrum ola bilərlər
BAKI, 16 iyul — Sputnik. Payız seçkiləri ərəfəsində respublikaçılar özlərinin əsas kozırlarını qollarından çıxarıblar. Çox güman ki, bu, Amerika Birləşmiş Ştatları Prezidentinin oğlunun təmirdə unudulmuş əfsanəvi noutbukudur və onun içində Amerikanın birinci ailəsi ilə bağlı tonlarla kompromatlar var. Bu yaxınlarda hətta Demokratlar üçün işləyən KİV də onun həqiqiliyini etiraf edib. Bundan əvvəl onlar iki il ərzində "hamınız yalan danışırsınız" üslubunda bütün ifşalara qarşı mübarizə apardılar.
Narkotik aludəçisi, alkoqolik, rüşvətxor, arvadbaz, porno və fahişələrə ağrılı aludəçiliyi olan müasir rəssam - deyəsən Hanter Bayden haqqında hər şeyi bilirik. Ancaq xeyr, noutbukdan bir ucdan gen-bol yeni nələrsə kəşf edilməyə davam edir. Hanterin hansı sərgüzəştlərinin Amerika ictimaiyyətini laqeyd qoyduğunu, hansının isə ciddi şəkildə şoka saldığını müşahidə etmək maraqlıdır. Bu, amerikalıları bir millət kimi yaxşı xarakterizə edir.
Məsələn, kiçik Baydenin Ukraynadakı hərbi biolaboratoriyalar mövzusunda yazışmaları və onun ən təhlükəli virusların hazırlanmasına sərmayələri o qədər də böyük təəssürat yaratmayıb. Bu laboratoriyalarda nələr ediblər, bədbəxt ukraynalılarda hansı ölümcül xəstəliklər yoxlanılıb, Hanter niyə milyonlarla dollar köçürüb (Pentaqon da daxil olmaqla), dünyaya daha hansı infeksiya buraxmağı planlaşdırırdılar? Bu suallar bütün planeti narahat edir, lakin ABŞ-ı yox. Böyük iş olub, yaxşı ailədən olan bir oğlan Yukreyndən yerli əhali üzərində belə bir təcrübə keçirib.
Ancaq əlində silah tutmuş çılpaq Hanterin hansısa çılpaq qızla birlikdə otel otağında avaralandığı video ictimaiyyətin hiddətinə səbəb oldu.
Fakt budur ki, böyük Baydenin mənsub olduğu Demokratik Partiya silah satışına qadağa və ya məhdudiyyət üçün yorulmadan mübarizə aparır. Kütləvi gülləbaran olan kimi (son zamanlar isə bu, iki gündə üç dəfə baş verir), Demokratlar özlərinin ritual mərsiyələrinə başlayırlar.
Eyni zamanda, kiçik Bayden mütəmadi olaraq tapança alır - keçmiş arvadı hətta xatirələr kitabında bu barədə şikayət edirdi - və onları saxladığı qadınların qarşısında yelləyərək lentə alır. Çirkin görüntü alınır. Odlu silahlara qadağanın bütün mövzusu onlar üçün iti bıçağa bərabər olan respublikaçılar qəzəblənirlər, amma Hanterin istər atasını, istərsə də bütün partiyanı necə biabır etdiyini başa düşən demokratlar da qəzəblənirlər.
İyirmi il ərzində Hanterin əlindən on milyonlarla dollar keçib. Onları nə üçün və kimdən alıb? Görəsən, bu pullardan atasına pay verib? Görəsən, ata Bayden ABŞ-ın senatoru, vitse-prezidenti, sonra isə prezidenti öz vəzifəsindən donatorlarına hansısa yolla ödəmək üçün istifadə edib? Bəs bütün bunlarda "Cim dayı" – prezidentin qardaşı necə iştirak edib?
Xeyr, əlbəttə ki, "ABŞ-da korrupsiya yoxdur". Biz bu mantranı otuz ildir ki, eşidirik. Korrupsiya, Saşa Baron Koenin öz filmlərində hazırcavablıqla ələ saldığı vəhşi xalqlarda olur. ABŞ-da buna "lobbiçilik", "hüquqi xidmətlər" və ya "biznesin inkişafına kömək" deyilir. Onlarda korrupsiya, deyəsən, heç yoxdur.
Buna baxmayaraq, Baydenlərin ətrafında, tədricən, daxilində hər şeyin mümkün olduğu bir istisna zonası formalaşır. Yox, taleyüklü "rüşvət" sözü hələ eşidilməyib, amma hər şey yavaş-yavaş buna doğru gedir.
İlk qaranquş Hanterin keçmiş həyat yoldaşı Keytlin Bulenin "If We Break" ("Əgər boşansaq") xatirələr kitabı oldu. Orada o, Hanterin ABŞ-ın Daxili gəlir Xidmətinə böyük borcları olduğunu, lakin o, problemləri birtəhər həll etdiyini və mövzunun həll edildiyinə ehtiyatla işarə edir.
Bu, milyonlarla amerikalı üçün çox ağrılı mövzudur. Sadə vətəndaş cənnət məhkəməsi kimi hər yerdə peyda olan vergi məmurlarından qorxur və bu partlayıcı sferada bütün növ ixtisaslara icazə verildiyini görüb kifayət qədər qəzəblənir. 2020-ci ildə ictimai qəzəbin təzyiqi altında Delaver federal prokurorları Hanter Baydenin vergi fırıldaqçılığı ilə bağlı araşdırma başlatmağa məcbur oldular.
Burada istehzalı ondadır ki, Delaver ştatı ABŞ-ın düppədüz mərkəzində klassik ofşordur. Burada dünyanın ən zəngin korporasiyalarının sahibləri sərvətlərini vergilərdən gizlədirlər. İstintaq hələ də davam edir. Çirkli pulların yuyulması və xarici maraqların lobbiçiliyi də qeyd olunur, amma nəticə görünmür.
Amma bu da son deyil. Elə həmin leptopdan ata Baydenin 2018-ci ilin dekabrında oğluna ünvanlanmış səsli məlumatı işıq üzü gördü. O, Hanterə "Nyu-York Tayms" qəzetində istintaqın barədə materialın çıxması barədə mehribanlıqla xəbərdarlıq edir, özü də onun sözlərinə görə, məqalə "yaxşı" alınıb. "Düşünürəm ki, indi təmizsən, - Co Bayden belə deyir. "Bacarsan mənə zəng et, səni sevirəm."
"İndi təmizsən" o deməkdir ki, keçmişdə nəsə natəmiz olub, jurnalistlər isə bunu aşkarlaya biliblər. Həqiqətən də, 2018-ci il dekabrın 12-də The New York Times qəzetində dərc olunan məqalədə Hanter Bayden və çinli iş adamı Patrick Xo arasındakı əlaqələr təsvir edilir. Bununla belə, nəşrin müəllifləri araşdırmanın diqqətini Hanterdən səylə yayındırdılar və o, "sudan quru çıxdı". Onun Xo ilə əməkdaşlığının təfərrüatları yalnız bu günlərdə açıqlanıb.
Məlum olub ki, Patrick Xo sözdə hüquqi xidmətlər üçün Hanterə bir milyon dollar köçürüb. Yaxşı, bu, hansı xidmətlər ola bilər? Hanteri vəkil kimi təsəvvür etmək gülüncdür. Üstəlik, qiymət etiketi də çox astronomikdir. Belə bir hiss var ki, ABŞ-ın vitse-prezidentinin oğlu, sadəcə, çinliləri himayəsinə götürmüşdü. 2017-ci ildə Kennedi hava limanında federallar tərəfindən həbs edildikdən sonra Xonun ilk olaraq Ceyms Baydenə - "Cim dayı"ya zəngi də düşündürücüdür.
New York Post qəzetinə görə, Hanter, atası Ço və Cim əmi çox milyon dollarlıq neft ortaqlığı yaratmaq üçün Xo ilə ortaq olublar. Hanter e-poçtda çinlilərə xəbərdarlıq edib: "On faiz Böyük oğlana gedəcək". "Böyük oğlan" - ABŞ-ın gələcək prezidenti Co Baydendir. Gün kimi aydındır.
Çinlilərin açıq şəkildə Hanterin qulluğunda durması, ona şam yeməyi, qızlar, rüşvət verməsi Amerika auditoriyası üçün yeni xəbər deyil. Hətta bir dəfə ona nəhəng brilyant hədiyyə edilmişdi. Lakin ilk dəfə olaraq ictimaiyyətə sübutlar təqdim olunur ki, böyük Bayden nəinki baş verənləri mükəmməl bilir, həm də bu cinayət sxemlərində fəal iştirak edirdi.
Amerika korrupsiyasının bir növ ixtiraçı, populyar üslubu diqqəti çəkir. Bahalı yeməklər, bahalı içkilər, yarıçılpaq xanımlar, dərmanlar, tapançalar, üstəlik, bu bayağı brilyant. Bütün bunlar təəccüblü deyil: Bayden ailəsi ilə məşğul olmamışdan əvvəl Patrick Xo, Amerika kəşfiyyat xidmətlərinin fikrincə, Afrika ölkələrinin liderlərini fəal şəkildə rüşvətlə ələ alıb. Buna görə o, ABŞ-da məhkum edilib. Stil həqiqətən tanınır - Afrikadır. Bu adamlar isə yeməyi də bacarmırlar, daim Rusiyada korrupsiya ilə mübarizə aparırlar. Bəs, özlərində bunu sınayıblar?
Lakin bu kifayət deyil. Porno videolarından birində Hanter təsadüfən bir fahişəyə Patrik Xo ilə biznesi haqqında danışır və onu "lənətə gəlmiş baş casus" (fucking chief spy) adlandırır. Aydındır ki, iş adamı rəsmi olaraq belə bir şey etməyib. Bununla belə, Xonun hansısa yolla Çinin kəşfiyyat strukturları ilə əlaqəsi ola biləcəyi barədə fərziyyə yaranır. ÇXR-in kəşfiyyat xidmətləri aparıcı çinli iş adamları ilə, xüsusən də beynəlxalq layihələr həyata keçirənlərlə kifayət qədər sıx əməkdaşlıq edir, bu, əslində adi bir təcrübədir.
Və sonra nə baş verir? ABŞ-ın gələcək prezidentinin ailəsi cüzi qiymətə Çin kəşfiyyatı üçün işləyirdi? Ancaq bu, artıq rüşvətxorluq deyil - bu, tam bir dövlət xəyanətdir.
"Sizin sübutuz nədir?"- Demokratlar qəzəblənir. Amma əsas sübut gözlərinin qarşısındadır. Baydenlərin Çinə qarşı siyasəti Donald Trampın sərt və inamla apardığı ticarət müharibələrinin tam əksidir. İndi Vaşinqton Administrasiyası natiqlikdə məharət göstərir, ÇXR-i söyür, Tayvanda münaqişəni qızışdırmağa çalışır, amma əslində, iş elə getdiyi kimi də davam edir. Birgə layihələrdə Amerika oliqarxları uğurla zənginləşirlər.
Yeni ifşalardan aydın olur ki, Hanter Bayden Google-un Çindəki yüksək vəzifəli şəxslərinin maraqlarını təbliğ edib. Yeri gəlmişkən, onlar çox uzun müddətdir ki, Vaşinqton administrasiyasında aparıcı rol oynayırlar. Eyni ilə Obama dövründə siyasi Olimpə qalxmış Erik Şmidt, Baydenin dövründə orada işləməyə davam edir. Onun yaratdığı Google iki il ərzində Bayden ailəsinin bütün ifşalarını axtarış sistemlərində boğub və onları saxta kimi qeyd edib. Beləliklə, istər-istəməz sual yaranır: hökmdarı kim idarə edir? Qərarları hələ də Bayden qəbul edir, yoxsa bir dəstə Amerika oliqarxı tərəfindən ona diktə olunur?
ABŞ-da respublikaçı elektorat həmişə əmin olub ki, Amerika prezidenti öz uşaqları və ailəsi ilə birlikdə çinlilərə satılıb. Bu gün bu mövzu konkret ittihamlar həddinə çatıb. Burada açıq-aşkar korrupsiya da var, Çinin kəşfiyyat xidmətləri ilə mümkün əməkdaşlıq da. Baydenlərə suallar yığılır.
Görünən odur ki, Hanterin işi ciddi qəbul edilsə, Demokratlar təkcə noyabrda keçiriləcək seçkiləri uduzmayacaqlar. Onlar həm də asanlıqla prezidentlərindən məhrum ola bilərlər.