https://sputnik.az/20220719/avropadan-azerbaycana-getirilen-mehsullar-ucuzlasacaqmi---ekspert-reyi-444108178.html
Avropadan Azərbaycana gətirilən məhsullar ucuzlaşacaqmı? - Ekspert rəyi
Avropadan Azərbaycana gətirilən məhsullar ucuzlaşacaqmı? - Ekspert rəyi
Sputnik Azərbaycan
Son vaxtlar dünyada avro kəskin ucuzlaşmaqdadır. Avro manat qarşısında da dəyər itirməkdədir. 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T09:29+0400
2022-07-19T09:29+0400
2022-07-19T09:29+0400
avropa
iqtisadiyyat
azərbaycan
idxal
https://cdnn1.img.sputnik.az/img/42238/60/422386022_0:160:3073:1889_1920x0_80_0_0_5c08b25bf2297a5afd94b814a9990278.jpg
BAKI, 19 iyul — Sputnik. Avro 20 il ərzində ilk dəfə dollar qarşısında ucuzlaşıb. Belə ki, ötən həftə 1 avro 0,99 dollara bərabər olub. Cari ildə avro 10 faizdən çox dəyər itirib. Avro digər valyutalar qarşısında dəyərdən düşdüyü kimi, manat qarşısında da son vaxtlar ucuzlaşır. İlin əvvəlindən avro manat qarşısında təxminən 13 faiz ucuzlaşıb. Keçən həftənin sonunda 1 avro 1,7052 manat səviyyəsində olub.Bəs, avronun ucuzlaşmasının Azərbaycana təsirləri necə olacaq?İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Avropadan Azərbaycana gətirilən məhsulları götürsək, avronun ucuzlaşmasının ölkəmizə təsirləri müsbət olacaq:Onun sözlərinə görə, Avropadan Azərbaycana gətirilən məhsullar manat ifadəsində ucuzlaşmalıdır:İqtisadçı qeyd edib ki, bu həftə Avropa Mərkəzi Bankının toplantısı olacaq."Yəqin, faiz artımı qərarı veriləcək. Bu addım avronun məzənnəsinin sabitləşməsinə gətirə bilər, hətta avronun yenidən dollar qarşısında nisbətən yüksəlməsi gözlənilir. Avropaya ixrac edilən məhsulların qiymətləri isə müqavilələrdə dollar ilə göstərilir. Avropaya ixracımız aşağıdır və ixracı artırmaq üçün yeni müqavilələrə ehtiyac var", - deyə o qeyd edib.Avronun ucuzlaşmasının ehtiyatlarımıza təsirinə gəlincə, ekspert bildirib ki, Dövlət Neft Fondunun ehtiyatlarının həcminə və proporsiyasına baxanda dollar üstünlük təşkil edir:"Təxminən 60-65 faiz nağd pul vəsaitinin dollarda saxlanıldığını görürük. Avronun ucuzlaşması manat ifadəsində Neft Fondunun itkilərinə səbəb olur, lakin avrodan tam imtina etmək mümkün deyil. Çünki 1-1,5 ildən sonra yenidən avronun daha yüksək məzənnədə olmasını görə bilərik. Avronun ucuzlaşması müvəqqətidir. Avro yenidən qalxandan sonra manat ifadəsində əlavə gəlir də qazanmaq mümkündür".Ekspert bildirib ki, Avronun ucuzlaşmasının əsas səbəbi inflyasiya, uçot dərəcəsinin çox aşağı olmasıdır:"Ukraynada baş verənlər də avroya təsir edib. Avropa İttifaqı ABŞ-dan fərqli olaraq uçot dərəcəsini qaldırmayıb", - deyə ekspert fikrini tamamlayıb.Xatırladaq ki, avro Avropada vahid valyuta qismində 2002-ci il yanvarın 1-də dövriyyəyə buraxılıb.
https://sputnik.az/20220718/azerbaycanla-rusiya-arasinda-ticaret-dovriyyesi-xeyli-artib---dgk-444122261.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42238/60/422386022_171:0:2902:2048_1920x0_80_0_0_42d539c5972b32ae63213e9dd1cfefb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avropa, azərbaycan, idxal
avropa, azərbaycan, idxal
Avropadan Azərbaycana gətirilən məhsullar ucuzlaşacaqmı? - Ekspert rəyi
Son vaxtlar dünyada avro kəskin ucuzlaşmaqdadır. Avro manat qarşısında da dəyər itirməkdədir.
BAKI, 19 iyul — Sputnik. Avro 20 il ərzində ilk dəfə dollar qarşısında ucuzlaşıb. Belə ki, ötən həftə 1 avro 0,99 dollara bərabər olub. Cari ildə avro 10 faizdən çox dəyər itirib. Avro digər valyutalar qarşısında dəyərdən düşdüyü kimi, manat qarşısında da son vaxtlar ucuzlaşır. İlin əvvəlindən avro manat qarşısında təxminən 13 faiz ucuzlaşıb. Keçən həftənin sonunda 1 avro 1,7052 manat səviyyəsində olub.
Bəs, avronun ucuzlaşmasının Azərbaycana təsirləri necə olacaq?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Avropadan Azərbaycana gətirilən məhsulları götürsək, avronun ucuzlaşmasının ölkəmizə təsirləri müsbət olacaq:
"Çünki Azərbaycanda çarpaz məzənnə rejimi fəaliyyət göstərir. Manat-dollar məzənnəsi sabitdir. Avronun məzənnəsi dollar qarşısında hansı səviyyədə olursa, bizdə avronun məzənnəsi həmin çarpaz məzənnə ilə hesablanır. Ona görə avro manat qarşısında da kifayət qədər dəyərdən düşüb".
Onun sözlərinə görə, Avropadan Azərbaycana gətirilən məhsullar manat ifadəsində ucuzlaşmalıdır:
"Çünki manat avro qarşısında ciddi şəkildə möhkəmlənib. Cəmi bir neçə ay bundan qabaq 1 avro 2 manata yaxın idi, indi isə 1 avro 1 manat 71-72 qəpiyədir. Başqa sözlə, dollarla bərabər səviyyədədir".
İqtisadçı qeyd edib ki, bu həftə Avropa Mərkəzi Bankının toplantısı olacaq.
"Yəqin, faiz artımı qərarı veriləcək. Bu addım avronun məzənnəsinin sabitləşməsinə gətirə bilər, hətta avronun yenidən dollar qarşısında nisbətən yüksəlməsi gözlənilir. Avropaya ixrac edilən məhsulların qiymətləri isə müqavilələrdə dollar ilə göstərilir. Avropaya ixracımız aşağıdır və ixracı artırmaq üçün yeni müqavilələrə ehtiyac var", - deyə o qeyd edib.
Avronun ucuzlaşmasının ehtiyatlarımıza təsirinə gəlincə, ekspert bildirib ki, Dövlət Neft Fondunun ehtiyatlarının həcminə və proporsiyasına baxanda dollar üstünlük təşkil edir:
"Təxminən 60-65 faiz nağd pul vəsaitinin dollarda saxlanıldığını görürük. Avronun ucuzlaşması manat ifadəsində Neft Fondunun itkilərinə səbəb olur, lakin avrodan tam imtina etmək mümkün deyil. Çünki 1-1,5 ildən sonra yenidən avronun daha yüksək məzənnədə olmasını görə bilərik. Avronun ucuzlaşması müvəqqətidir. Avro yenidən qalxandan sonra manat ifadəsində əlavə gəlir də qazanmaq mümkündür".
Ekspert bildirib ki, Avronun ucuzlaşmasının əsas səbəbi inflyasiya, uçot dərəcəsinin çox aşağı olmasıdır:
"Ukraynada baş verənlər də avroya təsir edib. Avropa İttifaqı ABŞ-dan fərqli olaraq uçot dərəcəsini qaldırmayıb", - deyə ekspert fikrini tamamlayıb.
Xatırladaq ki, avro Avropada vahid valyuta qismində 2002-ci il yanvarın 1-də dövriyyəyə buraxılıb.