https://sputnik.az/20220718/azerbaycan---sahmat-olimpiadasinin-favoritlerinden-biridir-444095497.html
Azərbaycan - Şahmat Olimpiadasının favoritlərindən biridir
Azərbaycan - Şahmat Olimpiadasının favoritlərindən biridir
Sputnik Azərbaycan
Milli komandalar iyulun sonunda Çennayda baş tutacaq Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək heyətlərini açıqlayıblar. 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T14:39+0400
2022-07-18T14:39+0400
2022-07-18T14:39+0400
idman
şahmat
beynəlxalq şahmat federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437372858_0:160:3072:1888_1920x0_80_0_0_6cf3db7c626ceed1ff37f4150d8c7b01.jpg
BAKI, 18 iyul — Sputnik. Kişilərdən ibarət Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadası başlamazdan əvvəl reytinq üzrə ikinci start nömrəsinə malikdir.Milli komandalar iyulun 28-də Hindistanın Çennay şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək heyətlərini açıqlayıblar. Şahmatçıların orta reytinqinə görə, 2705 xalla Azərbaycan komandası yalnız 2771 reytinqə malik ABŞ komandasından geri qalaraq ikinci yeri tutur.Azərbaycanın kişilərdən ibarət yığmasında Çennayda Şəhriyar Məmmədyarov (2759), Teymur Rəcəbov (2738), Rauf Məmmədov (2656), Qədir Hüseynov (2668), Vasif Durarbəyli (2638) oynayacaqlar.ABŞ komandasının heyəti çox güclü görünür - hətta ehtiyat oyunçunun reytinqi belə 2700 xaldır. Bundan əlavə, Ermənistanın keçmiş şahmatçısı Levon Aronyan ilk dəfə ABŞ millisində çıxış edəcək. Amerikalıların tərkibi aşağıdakı kimidir: Fabiano Karuana (2783), Uesli So (2773), Levon Aronyan (2775), Lenyer Dominqes (2754), Samuel Şenkland (2720).Baş tutacaq olimpiadada hazırkı dünya çempionu Maqnus Karlsen də Norveç yığmasının tərkibində iştirak edəcək, onun komandası isə reytinq üzrə (2692) Hindistandan (2696) sonra dördüncü yerdədir.Qeyd edək ki, ABŞ və Azərbaycan komandaları orta reytinqdə 2700-dən yuxarı olan yeganə komandadır, lakin favoritlər arasında olan çinlilər hələlik öz tərkibini açıqlamayıblar.Qadınların turnir cədvəlində 2399 reytinqlə Azərbaycan komandası yeddinci start nömrəsinə malikdir. Günay Məmmədzadə (2455), Xanım Balacayeva (2344), Gövhər Beydullayeva (2390), Gülnar Məmmədova (2380) və Ülviyyə Fətəliyeva (2372) Çennayda keçiriləcək qadınlardan ibarət komandada çıxış edəcəklər.Qadınlardan ibarət Olimpiadada Hindistan komandası favoritdir (2486), ilk üçlüyə həmçinin Ukrayna (2478) və Almaniya (2475) daxildir.Ənənəvi olaraq Ümumdünya Şahmat Olimpiadalarının həm kişilər, həm də qadınlar arasında favorit hesab olunan Rusiya komandası qarşıdakı Çennay yarışlarında iştirak etməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437372858_171:0:2902:2048_1920x0_80_0_0_b0796fc0208022ee812ccb375c4031eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
şahmat, beynəlxalq şahmat federasiyası
şahmat, beynəlxalq şahmat federasiyası
Azərbaycan - Şahmat Olimpiadasının favoritlərindən biridir
Milli komandalar iyulun sonunda Çennayda baş tutacaq Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək heyətlərini açıqlayıblar.
BAKI, 18 iyul — Sputnik. Kişilərdən ibarət Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadası başlamazdan əvvəl reytinq üzrə ikinci start nömrəsinə malikdir.
Milli komandalar iyulun 28-də Hindistanın Çennay şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək heyətlərini açıqlayıblar. Şahmatçıların orta reytinqinə görə, 2705 xalla Azərbaycan komandası yalnız 2771 reytinqə malik ABŞ komandasından geri qalaraq ikinci yeri tutur.
Azərbaycanın kişilərdən ibarət yığmasında Çennayda Şəhriyar Məmmədyarov (2759), Teymur Rəcəbov (2738), Rauf Məmmədov (2656), Qədir Hüseynov (2668), Vasif Durarbəyli (2638) oynayacaqlar.
ABŞ komandasının heyəti çox güclü görünür - hətta ehtiyat oyunçunun reytinqi belə 2700 xaldır. Bundan əlavə, Ermənistanın keçmiş şahmatçısı Levon Aronyan ilk dəfə ABŞ millisində çıxış edəcək. Amerikalıların tərkibi aşağıdakı kimidir: Fabiano Karuana (2783), Uesli So (2773), Levon Aronyan (2775), Lenyer Dominqes (2754), Samuel Şenkland (2720).
Baş tutacaq olimpiadada hazırkı dünya çempionu Maqnus Karlsen də Norveç yığmasının tərkibində iştirak edəcək, onun komandası isə reytinq üzrə (2692) Hindistandan (2696) sonra dördüncü yerdədir.
Qeyd edək ki, ABŞ və Azərbaycan komandaları orta reytinqdə 2700-dən yuxarı olan yeganə komandadır, lakin favoritlər arasında olan çinlilər hələlik öz tərkibini açıqlamayıblar.
Qadınların turnir cədvəlində 2399 reytinqlə Azərbaycan komandası yeddinci start nömrəsinə malikdir. Günay Məmmədzadə (2455), Xanım Balacayeva (2344), Gövhər Beydullayeva (2390), Gülnar Məmmədova (2380) və Ülviyyə Fətəliyeva (2372) Çennayda keçiriləcək qadınlardan ibarət komandada çıxış edəcəklər.
Qadınlardan ibarət Olimpiadada Hindistan komandası favoritdir (2486), ilk üçlüyə həmçinin Ukrayna (2478) və Almaniya (2475) daxildir.
Ənənəvi olaraq Ümumdünya Şahmat Olimpiadalarının həm kişilər, həm də qadınlar arasında favorit hesab olunan Rusiya komandası qarşıdakı Çennay yarışlarında iştirak etməyəcək.