https://sputnik.az/20220718/a-ni-en-cox-narahat-eden-mesele-qaz-techizatinin-veziyyetidir---borrell---444120262.html
Aİ-ni ən çox narahat edən məsələ qaz təchizatının vəziyyətidir - Borrell
Aİ-ni ən çox narahat edən məsələ qaz təchizatının vəziyyətidir - Borrell
Sputnik Azərbaycan
Ukraynada Rusiyanın xüsusi əməliyyatı başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyasına, xüsusən də Rusiyanın enerji resurslarına qarşı sanksiyalar tətbiq... 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T19:45+0400
2022-07-18T19:45+0400
2022-07-18T19:45+0400
dünya xəbərləri
qaz
avropa
rusiya
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_0:161:3071:1888_1920x0_80_0_0_1c73358af6660b3699ce231cf8280c5f.jpg
BAKI, 18 iyul - Sputnik. Avropa İttifaqında (Aİ) ən çox narahatlığa səbəb olan məsələ yaxın gələcək üçün qaz təchizatı ilə bağlı vəziyyətdir. Bunu Avropa diplomatiyasının rəhbəri Cosef Borrell Aİ Xarici İşlər Nazirləri Şurasında keçirilmiş müşavirəsinin nəticələrinə əsasən bildirib.“"Şimal axını - 1" hələ də təmirdədir, görək bu müddət bitdikdən sonra nə baş verəcək. Biz cəmiyyətimiz və iqtisadiyyatımız üçün ən ciddi narahatlıqlara səbəb olan qaz təchizatı ilə bağlı vəziyyəti izləməyə davam edəcəyik”, - deyə diplomat bildirib.Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyasına, xüsusən də Rusiyanın enerji resurslarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Qeyd edək ki, bir gün əvvəl Almaniya İqtisadiyyat İnstitutunun direktoru Mixael Xyuter Avropa İttifaqı (Aİ) ölkələri enerji ehtiyatlarının çatışmazlığı vəziyyətində qonşuları ilə yanacağı bölüşdürməkdən imtina edərlərsə, Avropanın qaz bazarının çökə biləcəyini deyib.Onun fikrincə, Aİ üzvləri yalnız öz maraqlarını düşünsələr və yanacaq çatışmazlığı olanda tədarükləri kəssələr, biznes və istehlakçılar bu qərarın fəlakətli nəticələri ilə üzləşəcəklər.Almaniyanın “Handelsblatt” nəşri qeyd edir ki, Avropa ölkələri yanacaq çatışmazlığı zamanı fasiləsiz olaraq yanacaq mübadiləsini təmin etməli olan həmrəylik sazişlərinin bağlanmasında çətinliklərlə üzləşəcəklər.
https://sputnik.az/20220718/heftenin-evvelinde-birjalarin-acilisinda-metallar-ve-neft-bahalasir-444119102.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_170:0:2901:2048_1920x0_80_0_0_5f5ab76b9ca0ed11a5e18641779df472.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, avropa, rusiya, "şimal axını-2"
qaz, avropa, rusiya, "şimal axını-2"
Aİ-ni ən çox narahat edən məsələ qaz təchizatının vəziyyətidir - Borrell
Ukraynada Rusiyanın xüsusi əməliyyatı başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyasına, xüsusən də Rusiyanın enerji resurslarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
BAKI, 18 iyul - Sputnik. Avropa İttifaqında (Aİ) ən çox narahatlığa səbəb olan məsələ yaxın gələcək üçün qaz təchizatı ilə bağlı vəziyyətdir. Bunu Avropa diplomatiyasının rəhbəri Cosef Borrell Aİ Xarici İşlər Nazirləri Şurasında keçirilmiş müşavirəsinin nəticələrinə əsasən bildirib.
“"Şimal axını - 1" hələ də təmirdədir, görək bu müddət bitdikdən sonra nə baş verəcək. Biz cəmiyyətimiz və iqtisadiyyatımız üçün ən ciddi narahatlıqlara səbəb olan qaz təchizatı ilə bağlı vəziyyəti izləməyə davam edəcəyik”, - deyə diplomat bildirib.
Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyasına, xüsusən də Rusiyanın enerji resurslarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Qeyd edək ki, bir gün əvvəl Almaniya İqtisadiyyat İnstitutunun direktoru Mixael Xyuter Avropa İttifaqı (Aİ) ölkələri enerji ehtiyatlarının çatışmazlığı vəziyyətində qonşuları ilə yanacağı bölüşdürməkdən imtina edərlərsə, Avropanın qaz bazarının çökə biləcəyini deyib.
Onun fikrincə, Aİ üzvləri yalnız öz maraqlarını düşünsələr və yanacaq çatışmazlığı olanda tədarükləri kəssələr, biznes və istehlakçılar bu qərarın fəlakətli nəticələri ilə üzləşəcəklər.
Almaniyanın “Handelsblatt” nəşri qeyd edir ki, Avropa ölkələri yanacaq çatışmazlığı zamanı fasiləsiz olaraq yanacaq mübadiləsini təmin etməli olan həmrəylik sazişlərinin bağlanmasında çətinliklərlə üzləşəcəklər.