https://sputnik.az/20220718/heftenin-evvelinde-birjalarin-acilisinda-metallar-ve-neft-bahalasir-444119102.html
Həftənin əvvəlində birjaların açılışında metallar və neft bahalaşır
Həftənin əvvəlində birjaların açılışında metallar və neft bahalaşır
Sputnik Azərbaycan
Dolların əsas dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda qızılın qiyməti artıb. Mis qiymətlərinin qalxması isə Çinin əsas fond indekslərinin yüksəlməsinə... 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T18:41+0400
2022-07-18T18:41+0400
2022-07-18T18:41+0400
neft-qaz
dünya bazarı
mis
neft
dəmir
https://cdnn1.img.sputnik.az/img/07e6/07/07/443785819_0:165:3055:1883_1920x0_80_0_0_a3cc65b3cdc95f5245818ae5c1eb69be.jpg
BAKI, 18 iyul — Sputnik. Neft iyulun 18-i bahalaşıb. Treyderlər ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfərinin nəticələrini, eləcə də dünya bazarında tələb və təklif balansı ilə bağlı siqnalları qiymətləndirirlər.Bakı vaxtı ilə saat 10:10-da Londonun "CE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 102,54 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan qiymətdən 1,28% çoxdur. Cümə günü birja nəticələrinə görə, müqavilələr 2,1% artaraq bir barel üçün 101,16 dollara çatıb.Nyu-Yorkun "NYMEX" əmtəə birjasının elektron satışlarında avqust ayı üçün "WTI" neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 98,65 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,98% çoxdur. Cümə günü bazarın bağlanmasına qədər bu müqavilələrin dəyəri 1,9% artaraq 1 barelə üçün 97,59 dollara çatıb.Ötən həftənin nəticələrinə görə, "Brent" 5,5%, "WTI" isə 6,9% ucuzlaşıb. Neftin qiyməti iyunun ortalarından dünya iqtisadiyyatında tənəzzül qorxusu və müvafiq olaraq yanacağa tələbatın azalması ilə əlaqədar olaraq ucuzlaşır.Dünyanın üçüncü ən böyük enerji idxalçısı olan Hindistanın rəsmi statistikası yağışlı mövsümün başlaması ilə əlaqədar iyulun birinci yarısında bu ölkədə əvvəlki ayın eyni dövrü ilə müqayisədə benzin və dizelə tələbatın 8% azaldığını göstərib.Liviyanın isə neft ixracını artıracağı gözlənilir. Ölkənin baş nazir Əbdül Həmid Dbeybe bazar günü "National Oil Corp" dövlət şirkətinin yeni rəhbərliyi ilə görüşü zamanı hasilatın dayandırıldığı yataqlarda işlərin bərpa olunduğunu və ixrac limanlarının işini bərpa etdiyini bildirib.Dolların ucuzlaşması ilə qızıl bahalaşırBazar ertəsi, səhər saatlarında qızılın qiyməti dolların əsas dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda yüksəlir, onun dəyəri eyni zamanda FED-in gözləntiləri üzrə troya unsiyası üçün təxminən 1710 dollar səviyyəsində qalır.Bakı vaxtı ilə saat 9:40-da Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçerslərinin qiyməti 9,15 dollar və ya 0,54% artaraq 1 troy unsiyası üçün 1 712,54 dollar təşkil edib. Sentyabr gümüş fyuçersləri 0,89% artaraq 1 unsiya üçün 18,76 dollar olub.Dollar indeksi (ABŞ-ın birja tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,15% azalaraq 107,91 bənd təşkil edib. Daha ucuz dollar qızılı digər valyutalara sahib olan investorlar üçün daha sərfəli edir.Bazarların əsas diqqəti hələ də dünya mərkəzi banklarının siyasətləri ətrafında cəmlənib. Cümə axşamı Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər Avropa Mərkəzi Bankının 2011-ci ildən bu yana 25 baza bəndi həddində ilk faiz artımını proqnozlaşdırırlar.Artıq gələn həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclasının keçirilməsi planlaşdırılır. "CME Group"un məlumatına görə, analitiklərin 71,5%-i faiz dərəcəsinin 75 baza bəndinə - 2,25-2,5%-ə qədər artacağını proqnozlaşdırır ki, bu da tənzimləyicinin əvvəllər elan etdiyi planlara uyğundur. Ötən həftə, inflyasiya narahatlıqları fonunda treyderlər faiz dərəcəsini dərhal 100 baza bəndi artırıblar, bununla da kəskin artım gözləntiləri azalıb.FED-in pul siyasəti ilə bağlı siqnallar qızılın həssas olduğu dollara təsir edir. Ənənəvi olaraq faiz artımı dolları dəstəkləyir ki, bu da qızılüçün mənfi hesab olunur, daha yumşaq artım gözləntiləri isə həftənin əvvəlində ABŞ valyutasını geridə saxlayır.Mis bahalaşırBazar ertəsi misin qiyməti Çin fond indekslərinin artımı, həmçinin dolların əsas dünya valyutaları qarşısında zəifləməsi üzündən dəstək alır.Bakı vaxtı ilə saat 9:35-də "Comex" birjasında misin sentyabr fyuçersləri 1,11% bahalaşaraq funt sterlinq üçün 3,2815 dollara (təxminən 0,45 kiloqram) çatıb."LME" London Metal Birjasında əvvəlki satışın nəticələrinə görə, üç aya çatdırılmaqla bir ton misin dəyəri 0,29% artaraq 7190,5 dollara, alüminiumun qiyməti isə 0,28% artaraq 2343 dollara çatıb.Misin dəyəri 0,15%, 107,9 bənd ucuzlaşaraq dollar indeksi hesabına artmaqdadır.Eyni zamanda, misin əsas istehlakçısı olan Çinin əsas fond indeksləri bazar ertəsi yüksəlir ki, bu da bu növ sənaye metalına tələbin gözləntilərini dəstəkləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/07/443785819_162:0:2893:2048_1920x0_80_0_0_88579deb41aad7f551ff8b28e1577b88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
dünya bazarı, mis, neft, dəmir
dünya bazarı, mis, neft, dəmir
Həftənin əvvəlində birjaların açılışında metallar və neft bahalaşır
Dolların əsas dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda qızılın qiyməti artıb. Mis qiymətlərinin qalxması isə Çinin əsas fond indekslərinin yüksəlməsinə kömək edir.
BAKI, 18 iyul — Sputnik. Neft iyulun 18-i bahalaşıb. Treyderlər ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfərinin nəticələrini, eləcə də dünya bazarında tələb və təklif balansı ilə bağlı siqnalları qiymətləndirirlər.
Bakı vaxtı ilə saat 10:10-da Londonun "CE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 102,54 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan qiymətdən 1,28% çoxdur. Cümə günü birja nəticələrinə görə, müqavilələr 2,1% artaraq bir barel üçün 101,16 dollara çatıb.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasının elektron satışlarında avqust ayı üçün "WTI" neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 98,65 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,98% çoxdur. Cümə günü bazarın bağlanmasına qədər bu müqavilələrin dəyəri 1,9% artaraq 1 barelə üçün 97,59 dollara çatıb.
Ötən həftənin nəticələrinə görə, "Brent" 5,5%, "WTI" isə 6,9% ucuzlaşıb. Neftin qiyməti iyunun ortalarından dünya iqtisadiyyatında tənəzzül qorxusu və müvafiq olaraq yanacağa tələbatın azalması ilə əlaqədar olaraq ucuzlaşır.
Dünyanın üçüncü ən böyük enerji idxalçısı olan Hindistanın rəsmi statistikası yağışlı mövsümün başlaması ilə əlaqədar iyulun birinci yarısında bu ölkədə əvvəlki ayın eyni dövrü ilə müqayisədə benzin və dizelə tələbatın 8% azaldığını göstərib.
Liviyanın isə neft ixracını artıracağı gözlənilir. Ölkənin baş nazir Əbdül Həmid Dbeybe bazar günü "National Oil Corp" dövlət şirkətinin yeni rəhbərliyi ilə görüşü zamanı hasilatın dayandırıldığı yataqlarda işlərin bərpa olunduğunu və ixrac limanlarının işini bərpa etdiyini bildirib.
Dolların ucuzlaşması ilə qızıl bahalaşır
Bazar ertəsi, səhər saatlarında qızılın qiyməti dolların əsas dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda yüksəlir, onun dəyəri eyni zamanda FED-in gözləntiləri üzrə troya unsiyası üçün təxminən 1710 dollar səviyyəsində qalır.
Bakı vaxtı ilə saat 9:40-da Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçerslərinin qiyməti 9,15 dollar və ya 0,54% artaraq 1 troy unsiyası üçün 1 712,54 dollar təşkil edib. Sentyabr gümüş fyuçersləri 0,89% artaraq 1 unsiya üçün 18,76 dollar olub.
Dollar indeksi (ABŞ-ın birja tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,15% azalaraq 107,91 bənd təşkil edib. Daha ucuz dollar qızılı digər valyutalara sahib olan investorlar üçün daha sərfəli edir.
Bazarların əsas diqqəti hələ də dünya mərkəzi banklarının siyasətləri ətrafında cəmlənib. Cümə axşamı Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər Avropa Mərkəzi Bankının 2011-ci ildən bu yana 25 baza bəndi həddində ilk faiz artımını proqnozlaşdırırlar.
Artıq gələn həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclasının keçirilməsi planlaşdırılır. "CME Group"un məlumatına görə, analitiklərin 71,5%-i faiz dərəcəsinin 75 baza bəndinə - 2,25-2,5%-ə qədər artacağını proqnozlaşdırır ki, bu da tənzimləyicinin əvvəllər elan etdiyi planlara uyğundur. Ötən həftə, inflyasiya narahatlıqları fonunda treyderlər faiz dərəcəsini dərhal 100 baza bəndi artırıblar, bununla da kəskin artım gözləntiləri azalıb.
FED-in pul siyasəti ilə bağlı siqnallar qızılın həssas olduğu dollara təsir edir. Ənənəvi olaraq faiz artımı dolları dəstəkləyir ki, bu da qızılüçün mənfi hesab olunur, daha yumşaq artım gözləntiləri isə həftənin əvvəlində ABŞ valyutasını geridə saxlayır.
Bazar ertəsi misin qiyməti Çin fond indekslərinin artımı, həmçinin dolların əsas dünya valyutaları qarşısında zəifləməsi üzündən dəstək alır.
Bakı vaxtı ilə saat 9:35-də "Comex" birjasında misin sentyabr fyuçersləri 1,11% bahalaşaraq funt sterlinq üçün 3,2815 dollara (təxminən 0,45 kiloqram) çatıb.
"LME" London Metal Birjasında əvvəlki satışın nəticələrinə görə, üç aya çatdırılmaqla bir ton misin dəyəri 0,29% artaraq 7190,5 dollara, alüminiumun qiyməti isə 0,28% artaraq 2343 dollara çatıb.
Misin dəyəri 0,15%, 107,9 bənd ucuzlaşaraq dollar indeksi hesabına artmaqdadır.
Eyni zamanda, misin əsas istehlakçısı olan Çinin əsas fond indeksləri bazar ertəsi yüksəlir ki, bu da bu növ sənaye metalına tələbin gözləntilərini dəstəkləyir.