https://sputnik.az/20220717/yaxin-gelecekde-belarus-ordusunda-s-400-sistemleri-olacaq-444086109.html
Yaxın gələcəkdə Belarus ordusunda S-400 sistemləri olacaq
Yaxın gələcəkdə Belarus ordusunda S-400 sistemləri olacaq
Sputnik Azərbaycan
Cari ilin may ayında Belarus prezidenti Minskin Rusiyadan “lazımi miqdarda” İsgəndər və S-400 kompleksləri aldığını bəyan edib. 17.07.2022, Sputnik Azərbaycan
2022-07-17T23:28+0400
2022-07-17T23:28+0400
2022-07-17T23:28+0400
dünya xəbərləri
belarus
"s-400" zenit-raket kompleksi
ordu
belarus prezidenti aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425804780_0:0:3078:1731_1920x0_80_0_0_d5c374e9efa3236526f3ccffeaad898a.jpg
BAKI, 17 iyul - Sputnik. Belarus ordusu yaxın gələcəkdə S-400 hava hücumundan müdafiə sistemi ilə silahlanacaq. Bunu Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Dmitri Mixolap deyib.“Məsələ üzərində iş gedir və yaxın gələcəkdə bizim Mi-35 hücum helikopterimiz, həmçinin S-400 zenit-raket kompleksimiz olacaq”, - deyə Mixolap STV-yə bazar günü nümayiş olunan müsahibəsində bildirib.Xatırladaq ki, cari ilin may ayında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Rusiyadan “lazımi miqdarda” "İsgəndər" və S-400 kompleksləri alıb.Daha əvvəl o, fevralda keçirilən “İttifaq yenilməzliyi - 2022” Belarus-Rusiya birgə təlimləri zamanı istifadə edilən və Minskin öz ərazisində daimi olaraq görmək istədiyi, maraqlı Rusiya hərbi texnikasının bir neçə variantının olduğunu bildirmişdi.Bundan əvvəl Prezident həmçinin qeyd edib ki, respublikada Rusiya Federasiyası ilə birgə yaradılmış Döyüş Hazırlığı Mərkəzində döyüşə hazır vəziyyətdə olan S-400 sistemi var.
https://sputnik.az/20220621/rusiya-silahli-quvveleri-analoqu-olmayan-s-500-sistemlerini-almaga-baslayib---putin-443163601.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425804780_240:0:2971:2048_1920x0_80_0_0_b8d238865bb00eca23146b0723bfc5d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus, "s-400" zenit-raket kompleksi, ordu, belarus prezidenti aleksandr lukaşenko
belarus, "s-400" zenit-raket kompleksi, ordu, belarus prezidenti aleksandr lukaşenko
Yaxın gələcəkdə Belarus ordusunda S-400 sistemləri olacaq
Cari ilin may ayında Belarus prezidenti Minskin Rusiyadan “lazımi miqdarda” İsgəndər və S-400 kompleksləri aldığını bəyan edib.
BAKI, 17 iyul - Sputnik. Belarus ordusu yaxın gələcəkdə S-400 hava hücumundan müdafiə sistemi ilə silahlanacaq. Bunu Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Dmitri Mixolap deyib.
“Məsələ üzərində iş gedir və yaxın gələcəkdə bizim Mi-35 hücum helikopterimiz, həmçinin S-400 zenit-raket kompleksimiz olacaq”, - deyə Mixolap STV-yə bazar günü nümayiş olunan müsahibəsində bildirib.
Xatırladaq ki, cari ilin may ayında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Rusiyadan “lazımi miqdarda” "İsgəndər" və S-400 kompleksləri alıb.
Daha əvvəl o, fevralda keçirilən “İttifaq yenilməzliyi - 2022” Belarus-Rusiya birgə təlimləri zamanı istifadə edilən və Minskin öz ərazisində daimi olaraq görmək istədiyi, maraqlı Rusiya hərbi texnikasının bir neçə variantının olduğunu bildirmişdi.
Bundan əvvəl Prezident həmçinin qeyd edib ki, respublikada Rusiya Federasiyası ilə birgə yaradılmış Döyüş Hazırlığı Mərkəzində döyüşə hazır vəziyyətdə olan S-400 sistemi var.