Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Silahlı Qüvvələri analoqu olmayan S-500 sistemlərini almağa başlayıb - Putin

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidS-400, arxiv şəkli
S-400, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, silahlı qüvvələrin inkişaf etdirilməsi və gücləndirilməsi, ordunun ən müasir silahlarla təchiz edilməsi prioritet olacaq.
BAKI, 21 iyun — Sputnik. S-500 Prometey hava hücumundan müdafiə sistemləri Rusiya Silahlı Qüvvələrinin sərəncamına keçməyə başladı. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya hərbi məktəblərinin məzunları ilə görüşündə bildirib.

"Döyüş meydanında sınaqdan keçirilmiş yeni silahlarla yanaşı, qoşunlar dünyada analoqu olmayan S-500 hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini almağa başlayıblar", - deyə prezident bildirib.

Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin inkişaf etdirilməsi və gücləndirilməsi, ordunun ən müasir silahlarla təchiz edilməsi prioritet olacaq.
© AFP 2024 / OLGA MALTSEVARusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Президент РФ Владимир Путин выступает на пленарном заседании юбилейного, XXV Петербургского международного экономического форума - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
S-500 Prometey yeni nəsil uzunmənzilli yer-hava və yüksək hündürlükdə tutan zenit raket sistemləridir. Komplekslər təkcə ballistik deyil, həm də qanadlı raketləri, eləcə də digər hava hədəflərini tutmağa qadirdir.
S-500-lərin döyüş qabiliyyəti əvvəllər yaradılmış bütün zenit-raket sistemləri və komplekslərindən əhəmiyyətli dərəcədə üstündür.
Xatırladaq ki, bir müddət öncə Rusiya Baş nazirinin müavini Yuri Borisov da S-500 zenit raket müdafiə sistemlərinin artıq Rusiya ordusunun sərəncamına daxil edilməyə başlandığını açıqlamışdı.
Baş nazirin müavini deyib ki, Rusiya dünya silah bazarında təxminən 20%-lik paya sahibdir, ümumi sifariş portfeli təxminən 50 milyard dollardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0