CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn həftə boyu ölkədə hava isti olacaq

© Sputnik / Murad OrujovŞuşa şəhərindən açılan mənzərə, arxiv şəkli
Şuşa şəhərindən açılan mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.Mülayim şimal-qərb küləyi əsəcək.
BAKI, 17 iyul - Sputnik. Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdə deyilir.
Belə ki, həftənin birinci yarısında havanın maksimal temperaturu Aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.
Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var.
Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.
Günəşli hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
CƏMİYYƏT
İsti hava şəraiti sabah da davam edəcək
Xəbər lenti
0