CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsti hava şəraiti sabah da davam edəcək

© AFP 2023 / BARBARA GINDL / APA / AFPGünəşli hava, arxiv şəkli
Günəşli hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Ölkə ərazisində havanın maksimal temperaturunun 40 dərəcədən xeyli yuxarı olacağı gözlənilir.
BAKI, 17 iyul - Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.
İyulun 18-də Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.
Xəbər lenti
0