DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin transgenderlərin qadın idman növlərində iştirakı barədə göstərişi bloklanıb

© AFP 2024 / MOHD RASFANTransgender idmançı Lorel Habbard, arxiv şəkli
Transgender idmançı Lorel Habbard, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Cari ilin iyun ayında Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) tətəfindən transgenderlərin yarışma qaydaları sərtləşdirilib.
BAKI, 17 iyul - Sputnik. ABŞ-ın Tennessi ştatının federal hakimi Çarlz Ekli ABŞ prezidenti Co Bayden administrasiyasının transgender idmançıların onların cinsi özünüidentifikasiyasına uyğun olaraq yarışlarda iştirak etmələrinə, habelə iş yerində və ya məktəbdə buna müvafiq olaraq tualetdən istifadə etmələrinə icazə verilməsi göstərişini müvəqqəti olaraq bloklayıb. Bu barədə Rusiya KİV-ləri "Inside the Games"-ə istinadən xəbər yayıb.
Hakimin qərarına görə, prezident administrasiyasının bu təşəbbüsü bəzi dövlətlərin transseksual idmançıların yarışa buraxılması ilə bağlı öz qərarlarını qəbul etmələrini mümkünsüz edəcək.
Qeyd olunur ki, ötən il Respublikaçıların 20 baş prokurorundan ibarət koalisiyası federal hökumətə qarşı iddia qaldırıb. Onlar Baydenin direktivlərinin əyalət qanunlarına zidd olduğu üçün federal büdcənin əhəmiyyətli miqdarda maliyyə itirə biləcəklərini qeyd ediblər.
İyun ayında Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) transgenderlərin yarışma qaydalarını sərtləşdirib. Daha sonra bu niyyəti Ümumdünya Atletika Assosiasiyasının (World Athletics) prezidenti Sebastyan Koe də açıqlayıb.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) da transseksualların qəbulu ilə bağlı siyasətinə yenidən baxmağı planlaşdırır.
Almaniyada isə iyunun 23-də transseksual futbolçulara cinsindən asılı olmayaraq öz komandalarını seçməyə icazə verilib.
Özünü qadına bənzədən pozğun kişi xeylağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.06.2022
İDMAN
İstəyərlər - buraxarlar, istəməzlər -... Transgenderlərin yarışlara buraxılması barədə
Xəbər lenti
0