SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qaribaşvili Gürcüstan Azərbaycan-Ermənistan dialoquna ev sahibliyi barədə

© AP Photo / Frank AugsteinПремьер-министр Грузии Ираклий Гарибашвили, фото из архива
Премьер-министр Грузии Ираклий Гарибашвили, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.07.2022
Abunə olmaq
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə görüş olub.
BAKI, 16 iyul - Sputnik. "Tbilisidə Azərbaycan-Ermənistan dialoqunu alqışlayıram".
APA xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili rəsmi tvitter hesabında yazıb.
"Gürcüstan regionumuzda sülh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa, gələcək görüşlərə ev sahibliyi etməyə sadiq qalır. Xalqlarımızın firavanlığı üçün sülh mütləq vacibdir" - deyə, Qaribaşvili paylaşımında qeyd edib.
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə görüş olub.
"Report" xəbər verir ki, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.
Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü baş tutub.
Министр иностранных дел АР Джейхун Байрамов на встрече с   главой МИД Армении Араратом Мирзояном в Тбилиси - Sputnik Azərbaycan, 1920, 16.07.2022
SİYASƏT
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başa çatıb
Xəbər lenti
0