SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başa çatıb

© Photo : MFA AzerbaijanМинистр иностранных дел АР Джейхун Байрамов на встрече с главой МИД Армении Араратом Мирзояном в Тбилиси
Министр иностранных дел АР Джейхун Байрамов на встрече с   главой МИД Армении Араратом Мирзояном в Тбилиси - Sputnik Azərbaycan, 1920, 16.07.2022
Abunə olmaq
Bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüşdür.
BAKI, 16 iyul - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüş başa çatıb.
"Report" xəbər verir ki, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.
Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü baş tutub.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Görüş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilir.
Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüşdür.
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 04.07.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ceyhun Bayramov: “Azərbaycan Şimal-Cənub dəhlizinin genişləndirilməsinə hazırdır”
Xəbər lenti
0