https://sputnik.az/20220716/erzaq-tehlukesizliyi-vacibdir-biz-taxilin-idxalindan-boyuk-derecede-asili-olan-olkeyik-444049035.html
"Ərzaq təhlükəsizliyi vacibdir, biz taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik"
"Ərzaq təhlükəsizliyi vacibdir, biz taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik"
Sputnik Azərbaycan
Prezident İlham Əliyevin sözlərinə görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl əkiləcək ki, bu da bizim ərzaq təhlükəsizliyimizi... 16.07.2022, Sputnik Azərbaycan
2022-07-16T07:55+0400
2022-07-16T07:55+0400
2022-07-16T10:26+0400
cəmiyyət
prezident ilham əliyev
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532694_0:121:1866:1171_1920x0_80_0_0_e905a924ca9e76e75fa41950757208fd.jpg
BAKI, 16 iyul- Sputnik. Qarabağda bütün infrastruktur işləri plan üzrə gedir. Artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.O, həmçinin tarixi abidələrin bərpasının da plan üzrə getdiyini vurğulayıb."Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək", - Prezident deyib.O, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələlərinin də vacib olduğunu vurğulayıb: "Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir".
https://sputnik.az/20220715/aciq-denizlere-cixisi-olmasa-da-azerbaycan-ciddi-neqliyyat-logistika-merkezine-cevrilecek-444048825.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532694_72:0:1795:1292_1920x0_80_0_0_1bc7fa88763e757acb3e24fcd4ded94a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, taxıl
prezident ilham əliyev, taxıl
"Ərzaq təhlükəsizliyi vacibdir, biz taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik"
07:55 16.07.2022 (Yenilənib: 10:26 16.07.2022) Prezident İlham Əliyevin sözlərinə görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl əkiləcək ki, bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcək.
BAKI, 16 iyul- Sputnik. Qarabağda bütün infrastruktur işləri plan üzrə gedir. Artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
O, həmçinin tarixi abidələrin bərpasının da plan üzrə getdiyini vurğulayıb.
"Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək", - Prezident deyib.
O, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələlərinin də vacib olduğunu vurğulayıb:
"Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir".