Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ceyhun Bayramov: “Azərbaycan Şimal-Cənub dəhlizinin genişləndirilməsinə hazırdır”

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
XİN rəhbəri Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmağa səy göstərdiyini söyləyib.
BAKI, 4 iyul — Sputnik. “Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmiryolununun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Regionda sülhün bərqərar olmasından danışan XİN rəhbəri Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmağa səy göstərdiyini söyləyib.
“Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin və beynəlxalq əlaqənin bərpasına hazır olduğumuzu bəyan etmişik və iki ölkə arasında sərhəddin delimitasiya haqqında təklif irəli sürmüşük”, - Ceyhun Bayramov bildirib.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı nazirin İran Prezidenti İbrahim Rəisi, həmkarı Hüseyn Əmir Abdullahian, parlament sədri Məhəmməd Bagir Qalibaf və hökumət üzvləri ilə görüşü gözlənilir.
Xatırladaq ki, iyulun 1-də sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlayacağına dair məlumatlar paylaşılıb.
İranın Bakıdakı Səfirliyinin mətbuat şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, İranın quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər üçün, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri açıqdır. İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur", - səfirlikdən bildirilib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan və İran prezidentləri İlham Əliyev və İbrahim Rəisi Aşqabadda keçirilən VI Xəzər Sammiti çərçivəsində görüşüb.
Xəbər lenti
0