Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançısı ABŞ-da keçirilən Dünya Oyunlarında qızıl medal qazanıb

© Photo : Instagram / bahram__rajabzadehБахрам Раджабзаде
Бахрам Раджабзаде - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Abunə olmaq
Hazırda Birminqemdə keçirilən Dünya Oyunlarında Azərbaycanın bir qızıl və bir bürünc medalı var, medal sıralamasında isə komanda 33-cü yerdədir.
BAKI, 15 iyul — Sputnik. Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (91 kq-dan yuxarı) ABŞ-ın Birminqem şəhərində keçirilən Dünya Oyunlarının qalibi olub.
Dünya Oyunlarının kikboksinq üzrə turnirinin final görüşündə Rəcəbzadə Xorvatiya təmsilçisi Anto Şiriçə 3:0 hesabı ilə qalib gəlib. Azərbaycanlı döyüşçü yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edib, 1/4 finalda isə onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmadığından o, döyüşsüz qalib gəlib.
Qeyd edək ki, bu, ABŞ-da keçirilən Dünya Oyunlarında Azərbaycanın ikinci medalıdır. Bu yaxınlarda Azərbaycan yığmasının heyətində bürünc medalı aerodans növü üzrə aerobika komandası qazanıb.
Hazırda Azərbaycan medal sıralamasında 33-cü, qazandığı medal sayına görə isə 37-ci pillədə qərarlaşıb.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0