DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Ukrayna nümayəndə heyətləri gələn həftə Türkiyədə görüşəcəklər

© Sputnik / POOL / Mediabanka keçidTürkiyə, Rusiya və Ukrayna bayraqları, arxiv şəkli
Türkiyə, Rusiya və Ukrayna bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.
BAKI, 13 iyul - Sputnik. Taxıl koridorunun açılmasına dair Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə Türkiyədə yenidən görüşəcək.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, tərəflər bütün detalları nəzərdən keçirərək görülən bütün işləri imzaları ilə təsdiq edəcəklər.
Akar həmçinin qeyd edib ki, İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.
Müvafiq razılıq Türkiyə, Rusiya Federasiyası və Ukrayna müdafiə nazirliklərinin heyətləri ilə BMT-nin nümayəndə heyətləri arasında bu gün İstanbulda baş tutan görüşdə əldə olunub.
Nazir əlavə edib ki, dördtərəfli görüşdə limanların çıxış və girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.
İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT heyətləri taxıl dəhlizini müzakirə edir - Sputnik Azərbaycan, 1920, 13.07.2022
RUSİYA
İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT-nin hərbi heyətlərinin görüşü başa çatıb
Xəbər lenti
0