Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT-nin hərbi heyətlərinin görüşü başa çatıb

© AFP 2024 / HANDOUT / TURKISH DEFENCE MINISTRY PRESS OFFICEİstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT heyətləri taxıl dəhlizini müzakirə edir
İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT heyətləri taxıl dəhlizini müzakirə edir - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasını müzakirə edirlər.
BAKI, 13 iyul - Sputnik. Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.
***
İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş Kalender Qəsrində keçirilir.
Heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasını müzakirə edirlər.
***
Türkiyə milli müdafiə naziri Hulusi Akar ötən gün bildirib ki, iyulun 13-də İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş olacaq.
O qeyd edib ki, heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaqlar.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Balidə jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ukrayna taxılının ixracı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır.
"Biz ukraynalı və türkiyəli həmkarlarımızla danışıqlara hazırıq. Bizim bütün həll yollarımız var: əgər söhbət Ukrayna taxılından gedirsə, Ukrayna öz limanlarını blokdan çıxarmalı, onları təmizləməli və ya minalanmış sahələrdən təhlükəsiz keçidi təmin etməlidir. Artıq Ukraynanın ərazi dənizindən kənarda isə Rusiya və Türkiyə müvafiq gəmilərin təhlükəsizliyini təmin etməyə, onları boğazlara çatdırmağa hazırdırlar. Daha sonra isə bu gəmilər Aralıq dənizinə özləri gedəcəklər", - deyə nazir qeyd edib.
O deyib ki, bu məsələdə əsas rolu hərbçilər oynayırlar, çünki təklif olunan sxem hərbi dəniz qüvvələrinin istifadəsini nəzərdə tutur.
"Danışıqların nə vaxt davam edəcəyini deyə bilmərəm, bir neçə gündür ki, Moskvada deyildim. Amma təsdiq edə bilərəm ki, biz həmişə hazırıq", - deyə nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0