https://sputnik.az/20220713/kulek-yanginin-sondurulmesine-mane-olur---fhn-443968371.html
Xaçmazda meşəlikdə baş vermiş yanğın söndürülüb
Xaçmazda meşəlikdə baş vermiş yanğın söndürülüb
Sputnik Azərbaycan
Yanğın nəticəsində təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri... 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T20:28+0400
2022-07-13T20:28+0400
2022-07-13T20:50+0400
azərbaycan xəbərləri
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0c/443924243_0:107:1000:670_1920x0_80_0_0_e1cdff797ccf84433c0a8ff30f34a661.jpg
BAKI, 13 iyul — Sputnik. Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.Yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.***Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında və Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində nəzarətə götürülmüş yanğınların tam söndürülməsi və soyutma tədbirləri davam etdirilir.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Aviasiya dəstəsinə məxsus 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.Xatırladaq ki, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın iyulun 11-i gecə saatlarında söndürülüb.Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib ki, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var:"Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda yerləşən meşəlik əraziləri də təhlükə altına alır. Nəticədə belə görüntülər ortaya çıxır".O, əhaliyə müraciət də edib:"Bu yanğınlar sadəcə mexaniki becərməni asanlaşdırır. Amma digər tərəfdən o sahə yandırılanda oranın canlı aləmi yanır. Artıq kövşənlərin yandırılması məvhumu olmamalıdır. Fermerlər və sahibkarlar biçindən sonra əkin sahələrini yandırmamalıdırlar. Həmçinin meşəlik ərazilərə istirahətə gedənlər ocaqlara nəzarət etmir, söndürmürlər. Bu məsələlərdə diqqətli olsunlar və biganə yanaşmasınlar".
https://sputnik.az/20220624/yangin-tehlukesi-fermerler-muhafize-zolagi-ucun-torpagi-sumlamirlar-443246393.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0c/443924243_47:0:1000:715_1920x0_80_0_0_81eb962dfaf5305b334bd0110c9fe4c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
fövqəladə hallar nazirliyi
fövqəladə hallar nazirliyi
Xaçmazda meşəlikdə baş vermiş yanğın söndürülüb
20:28 13.07.2022 (Yenilənib: 20:50 13.07.2022) Yanğın nəticəsində təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
BAKI, 13 iyul — Sputnik. Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında və Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində nəzarətə götürülmüş yanğınların tam söndürülməsi və soyutma tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Aviasiya dəstəsinə məxsus 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.
Xatırladaq ki, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın iyulun 11-i gecə saatlarında söndürülüb.
Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib ki, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var:
"Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda yerləşən meşəlik əraziləri də təhlükə altına alır. Nəticədə belə görüntülər ortaya çıxır".
O, əhaliyə müraciət də edib:
"Bu yanğınlar sadəcə mexaniki becərməni asanlaşdırır. Amma digər tərəfdən o sahə yandırılanda oranın canlı aləmi yanır. Artıq kövşənlərin yandırılması məvhumu olmamalıdır. Fermerlər və sahibkarlar biçindən sonra əkin sahələrini yandırmamalıdırlar. Həmçinin meşəlik ərazilərə istirahətə gedənlər ocaqlara nəzarət etmir, söndürmürlər. Bu məsələlərdə diqqətli olsunlar və biganə yanaşmasınlar".