Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB səyahət edənlərə də xəbərdarlıq etdi

© AP Photo / Tsvangirayi MukwazhiKoronavirus testi
Koronavirus testi - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
İnsanlar uçuşlar zamanı uzun müddət qapalı məkanda olurlar, bu da yoluxma riskini artırır.
BAKI, 11 iyul - Sputnik. “Yay fəsli olduğu üçün səyahət edən insanların sayı artıb. Bu özü də bir növ risk faktorudur”.
Bunu APA-ya açıqlamasında TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, insanlar uçuşlar zamanı uzun müddət qapalı məkanda olurlar, bu da yoluxma riskini artırır.
“Bu zaman maskalardan istifadə tövsiyə olunur. Sevindirici haldır ki, hazırda xəstəlik yüngül simptomlarla keçir, ağırlaşma və ölüm halları azalıb. Lakin risk qrupunda olan vətəndaşlarımızın özünü qoruması çox vacibdir. İnsanlara daha çox açıq havada zaman keçirməyi və buster doza vaksinləri vurdurmağı tövsiyə edirik”.
TƏBİB, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2022
SƏHİYYƏ
“Buster” doza ilə peyvəndlənin! - TƏBİB
Xəbər lenti
0