Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Buster” doza ilə peyvəndlənin! - TƏBİB

© Sputnik / Murad OrujovTƏBİB, arxiv şəkli
TƏBİB, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
İyulun 10-a olan məlumata görə, ölkədə koronavirusaa 37 yeni yoluxma faktı qeydə alınıb.
BAKI, 11 iyul - Sputnik. Dünyada indiyədək 6,37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9719-dur. Bu barədə Azərtac Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) istinadən məlumat yayıb.
Qeyd olunur ki, qurum koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırıb.
"Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın, başqaları ilə aranızda ən az bir metr məsafə saxlayın, telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin, qapalı məkanları tez-tez havalandırın, kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin, ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndlənin”, - deyə TƏBİB-in müraciətində bildirilib.
© AFP 2024 / MAURO PIMENTELSinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli
Qeyd edək ki, iyulun 10-a olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 644 nəfər müalicə olunaraq sağalıb, hazırda 369 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 018, bu günə qədər isə ümumilikdə 6 986 078 test icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0