https://sputnik.az/20220708/azerbaycan-cudoculari-boyuk-debilqe-yarislarinda-cixislarina-baslayir-443830906.html
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" yarışlarında çıxışlarına başlayır
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" yarışlarında çıxışlarına başlayır
Sputnik Azərbaycan
Budapeştdə keçiriləcək mötəbər turnirin ilk yarış günündə Azərbaycanın dörd cüdoçusu tatami üzərinə çıxacaq. 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T12:53+0400
2022-07-08T12:53+0400
2022-07-08T12:53+0400
idman
cüdo
"böyük dəbilqə"
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437092286_0:15:1280:735_1920x0_80_0_0_ec8e731c5ec4ea45d01980354d01ee6b.jpg
BAKI, 8 iyul — Sputnik. Budapeştdə (Macarıstan) Azərbaycanın aparıcı idmançılarının iştirakı ilə cüdo üzrə "Böyük dəbilqə" turniri başlayır.Budapeşt turnirinin ilk yarış günündə Azərbaycanın dörd təmsilçisi tatami üzərinə çıxacaq. 60 kq çəki dərəcəsində olan Rövşən Əliyev ilk döyüşünü Mirzohid Məhəmməconova (Özbəkistan) qarşı keçirəcək. Həmin çəkidə olan Əhməd Yusifov çıxışına Anjelo Pantanoya (İtaliya) qarşı yarışa başlayacaq.66 kq çəki dərəcəsində olan Yaşar Nəcəfovun ilk rəqibi Rəhimcon Subhonov (Özbəkistan), eyni çəkidə olan İbrahim Əliyev isə startda Yanislav Herçev (Bolqarıstan) ilə qarşılaşacaq.Növbəti günlərdə Azərbaycan yığmasının liderləri Budapeştdə tatami üzərinə çıxacaqlar. Beləliklə, 2016-cı il Oyunlarının vitse-çempionu Rüstəm Orucov (73 kq) Daniel Karqninə (Braziliya) qarşı, Dünya və Avropa çempionatlarının qalibi Hidayət Heydərov (73 kq) isə startda Cek Yonezuka (ABŞ) ilə qarşılaşacaq.İran əsilli Azərbaycan yığmasının yeni cüdoçusu Səid Mollaei (81 kq) yeni komandasında ilk döyüşünü Aybol Nissanali (Qazaxıstan) və Atanasios Milonelis (Yunanıstan) cütlüyünün qalibi ilə keçirəcək.Məmmədəli Mehdiyev (90 kq) da ilk turu buraxacaq, ikinci mərhələdə isə Camal Petqreyv (Böyük Britaniya) və Gi Xan (Çin) cütlüyünün qalibini gözləyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437092286_140:0:1140:750_1920x0_80_0_0_c27096af9ec378a36ce27c2cae71f19c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
cüdo, "böyük dəbilqə"
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" yarışlarında çıxışlarına başlayır
Budapeştdə keçiriləcək mötəbər turnirin ilk yarış günündə Azərbaycanın dörd cüdoçusu tatami üzərinə çıxacaq.
BAKI, 8 iyul — Sputnik. Budapeştdə (Macarıstan) Azərbaycanın aparıcı idmançılarının iştirakı ilə cüdo üzrə "Böyük dəbilqə" turniri başlayır.
Budapeşt turnirinin ilk yarış günündə Azərbaycanın dörd təmsilçisi tatami üzərinə çıxacaq. 60 kq çəki dərəcəsində olan Rövşən Əliyev ilk döyüşünü Mirzohid Məhəmməconova (Özbəkistan) qarşı keçirəcək. Həmin çəkidə olan Əhməd Yusifov çıxışına Anjelo Pantanoya (İtaliya) qarşı yarışa başlayacaq.
66 kq çəki dərəcəsində olan Yaşar Nəcəfovun ilk rəqibi Rəhimcon Subhonov (Özbəkistan), eyni çəkidə olan İbrahim Əliyev isə startda Yanislav Herçev (Bolqarıstan) ilə qarşılaşacaq.
Növbəti günlərdə Azərbaycan yığmasının liderləri Budapeştdə tatami üzərinə çıxacaqlar. Beləliklə, 2016-cı il Oyunlarının vitse-çempionu Rüstəm Orucov (73 kq) Daniel Karqninə (Braziliya) qarşı, Dünya və Avropa çempionatlarının qalibi Hidayət Heydərov (73 kq) isə startda Cek Yonezuka (ABŞ) ilə qarşılaşacaq.
İran əsilli Azərbaycan yığmasının yeni cüdoçusu Səid Mollaei (81 kq) yeni komandasında ilk döyüşünü Aybol Nissanali (Qazaxıstan) və Atanasios Milonelis (Yunanıstan) cütlüyünün qalibi ilə keçirəcək.
Məmmədəli Mehdiyev (90 kq) da ilk turu buraxacaq, ikinci mərhələdə isə Camal Petqreyv (Böyük Britaniya) və Gi Xan (Çin) cütlüyünün qalibini gözləyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.