Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" avrokuboklarda yeni mövsümə başlayır: Azərbaycan çempionunun şansları barədə

© Photo : Qarabağ FK Qarabağ
Qarabağ - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Ağdam klubu Çempionlar Liqasının təsnifat mərhələsinin ilk turu öncəsi bir transfer edib və üç yoxlama oyunu keçirib.
BAKI, 5 iyul — Sputnik. Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının ilk təsnifat mərhələsinə başlayaraq yeni avrokubok mövsümünə start verir.
Qurban Qurbanovun komandasının rəqibi daha ciddidir - əgər Ağdam klubunun son illərdə birinci təsnifat mərhələsində Gürcüstan və ya Albaniyadan güclü rəqibləri yox idisə, bu dəfə komandamız Avropanın orta güclü klubu - Polşanın "Lex Poznan" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 5-də, çərşənbə axşamı Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Polşa çempionu tam yeddi ildir ki, avrokuboklara qayıtmağı gözləyir – "Lex" sonuncu dəfə 2014/15 mövsümündə əsas Avropa kuboku seçmələrində çıxış edib. Bununla yanaşı, polyaklar heç vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyiblər, ancaq "Qarabağ"ın isə artıq belə təcrübəsi var (2017-ci ildə).
"Lex" avrokuboklarda ən yaxşı nəticəsini 2010/11 mövsümündə Avropa Liqasının pley-off mərhələsinə yüksəlməklə əldə edib və burada ilk turda Portuqaliyanın "Braqa" klubu ilə iki görüşdə məğlub olub. Qrup mərhələsində isə "Lex" daha sonra "Yuventus" klubunu məğlub edərək onu pley-off mərhələsindən kənarda qoyub.
Polşa "dəmiryolçuları" ötən avrokubok mövsümünü qaçırıblar və 2020-ci ildə isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq, dördlükdə sonuncu yeri tutublar.
Polşa klubunun son cəl edilmiş futbolçular arasında "Belenenseş"dən (Portuqaliya) 800 min avroya (1,4 milyon manat) alınan portuqaliyalı hücumçu yarımmüdafiəçi Alfonso Souzanı qeyd etmək olar. Son matçını isə "Lex" iyunun 28-də keçirib, həmin yoldaşlıq görüşündə Polşanın "Yaqepoloniya" klubunu məğlub edib (2:1).
Lakin Ağdamın "Qarabağ" klubu son səkkiz mövsümdür ki, davamlı olaraq turnirlərin qrup mərhələsinə düşərək avrokuboklarda çıxış edir. Üstəlik, ağdamlıların hər üç UEFA avrokubokunda - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında əsas mərhələdə oynamaq təcrübəsi var.
"Qarabağ" ötən il ilk dəfə 2021-ci ildə də yaradılan Konfrans Liqasında çıxış edib və Azərbaycan futbolu tarixində ilk dəfə İsveçrə "Bazel" klubundan sonra öz qrupunda ikinci yeri tutaraq pley-off mərhələsinə yüksəlib. Lakin pley-off mərhələsinin ilk mərhələsində Qurban Qurbanovun komandası Fransanın "Marsel" klubuna məğlub olaraq (1:3, 0:3) mübarizədən kənarda qalıb.
İndiyədək bir legionerlə - Monteneqrodan olan hücumçu yarımmüdafiəçi Marko Yankoviçlə müqavilə bağlayan ağdamlılar cari mövsümlərarası fasilədə transfer bazarında o qədər də aktiv deyillər. Düzdür, Alfonso Sousadan fərqli olaraq, Marko Yankoviç "Qarabağ"a xeyli ucuz başa gəlib - 125 min avroya (222 min manat).
Həmçinin Azərbaycan çempionu Ağdam təmsilçisində icarə əsasında iştirak edən gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə tam hüquqlu müqavilə imzalayıb.
"Qarabağ" Polşa səfərindən əvvəl Avstriyada mövsüm öncəsi üç yoxlama oyunu keçirib. Rumıniyanın Botoşani" klubunu (4:0) üstələyən ağdamlılar Almaniyanın "Holşteyn" (2:2) və Rumıniyanın "Universitati" klubları ilə oyunlarını heç-heçə (1:1) başa vurublar.
Komandaların gücü təxminən bərabər olduğundan, bukmekerlər qarşıdakı mübarizədə açıq favorit müəyyən edə bilməyiblər. Sadəcə, komandanın evdə (öz meydanında) oynaması və daha bahalı futbolçulara sahib olması "Lex"in xeyrinədir. Klubun ən bahalı futbolçusu ilə müqavilənin qiyməti 3,5 milyon avroya (6,2 milyon manat), "Qarabağ"ın ən bahalı futbolçusu isə yarım milyon avro (2,6 milyon manat) qiymətləndirilir.
Lakin "Qarabağ"ın avrokuboklarda oynamaq təcrübəsi daha çoxdur ki, bu da çıxış sistemi ilə keçirilən matçlarda həlledici amil ola bilər. Bundan əlavə, cavab matçı Bakıda keçiriləcək, yəni ağdamlıların Poznanidə buraxdığı səhvləri düzəltmək imkanı olacaq.
Xəbər lenti
0