Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şuşa ilə bağlı daha bir tender elan olundu

© Sputnik / Murad OrujovŞuşa yazısı
Şuşa yazısı - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Şirkətlər tenderdə iştirak etmək üçün avqustun 9-na kimi hüquqi sənədləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.
BAKI, 4 iyul — Sputnik. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib. Qoruq İdarəsindən verilən xəbərə görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avtodayanacaqla təmin olunması nəzərdə tutulur.
Şirkətlər avqustun 9-na kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə avqustun 18-nə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.
Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən xəbər görə, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə "CONCO" QSC ilə müqavilə bağlanıb.
Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq. Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.
Xatırladaq ki, Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib ki, birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Üç, dörd və beşmərtəbəli yaşayış binaları inşa olunacaq ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar:
"Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 01.07.2022
SİYASƏT
Şuşa adından istifadəyə dair yeni qaydalar qüvvəyə minib
Xəbər lenti
0