https://sputnik.az/20220701/susa-adindan-istifadeye-dair-yeni-qaydalar-quvveye-minib-443606604.html
Şuşa adından istifadəyə dair yeni qaydalar qüvvəyə minib
Şuşa adından istifadəyə dair yeni qaydalar qüvvəyə minib
Sputnik Azərbaycan
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi imzalayıb. 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T20:55+0400
2022-07-01T20:55+0400
2022-07-01T20:55+0400
siyasət
prezident ilham əliyev
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945021_0:103:2000:1228_1920x0_80_0_0_2f09614db3593768806a41813f431ad2.jpg
BAKI, 1 iyul - Sputnik. Şuşa şəhərinin adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib.Prezident İlham Əliyev bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi imzalayıb.Belə ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Bundan başqa, Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə “arxeoloji” sözü çıxarılıb.Eyni zamanda “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə yeni maddə əlavə edilib. Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.
https://sputnik.az/20220624/meshur-musiqicilerin-susa-haqqinda-sohbetleri-443326506.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945021_114:0:1887:1330_1920x0_80_0_0_bc3b937c256464792782047586e609c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, şuşa
prezident ilham əliyev, şuşa
Şuşa adından istifadəyə dair yeni qaydalar qüvvəyə minib
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi imzalayıb.
BAKI, 1 iyul - Sputnik. Şuşa şəhərinin adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi imzalayıb.
Belə ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Bundan başqa, Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə “arxeoloji” sözü çıxarılıb.
Eyni zamanda “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə yeni maddə əlavə edilib. Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.