https://sputnik.az/20220704/azerbaycan-ust-den-meymunciceyi-test-destlerini-tehvil-alib--443687818.html
Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
Sputnik Azərbaycan
Hande Harmancının sözlərinə görə, Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir. 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T20:51+0400
2022-07-04T20:51+0400
2022-07-04T21:49+0400
səhiyyə
üst
meymunçiçəyi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442614482_0:248:2975:1922_1920x0_80_0_0_e198e61688c4251d6e94585ae0ab0b6d.jpg
BAKI, 4 iyul - Spurnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, - Hande Harmancı bildirib.Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb. Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.
https://sputnik.az/20220701/azerbaycanda-meymunciceyi-virusu-ile-bagli-klinik-protokol-hazirlanib-443598824.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442614482_244:0:2975:2048_1920x0_80_0_0_bc7b00c90b32c17e3158384ced423139.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, meymunçiçəyi
Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
20:51 04.07.2022 (Yenilənib: 21:49 04.07.2022) Hande Harmancının sözlərinə görə, Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir.
BAKI, 4 iyul - Spurnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.
Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, - Hande Harmancı bildirib.
Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb. Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan virusun yaratdığı xəstəlikdir.
Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.