https://sputnik.az/20220701/azerbaycanda-meymunciceyi-virusu-ile-bagli-klinik-protokol-hazirlanib-443598824.html
Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı klinik protokol hazırlanıb
Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı klinik protokol hazırlanıb
Sputnik Azərbaycan
Protokol meymunçiçəyi virusunun diaqnostika və müalicəsini özündə əks etdirir. 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T23:02+0400
2022-07-01T23:02+0400
2022-07-01T23:02+0400
meymun
səhiyyə
meymunçiçəyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_0:134:3001:1822_1920x0_80_0_0_e8f240653d2dff6e22146fc2546ce1c1.jpg
BAKI, 1 iyul — Sputnik. Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb.İSİM-dən verilən məlumata görə, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.Protokolun tərtibatında İSİM-in, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Strateji inkişaf departamentinin, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının mütəxəssisləri iştirak ediblər.Qeyd edək ki, bu virus insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. İlk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da olub. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_196:0:2803:1955_1920x0_80_0_0_3b74b004efd56013aa5c550473aed5e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
meymun, meymunçiçəyi
Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı klinik protokol hazırlanıb
Protokol meymunçiçəyi virusunun diaqnostika və müalicəsini özündə əks etdirir.
BAKI, 1 iyul — Sputnik. Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb.
İSİM-dən verilən məlumata görə, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Protokolun tərtibatında İSİM-in, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Strateji inkişaf departamentinin, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, bu virus insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. İlk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da olub. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.