https://sputnik.az/20220703/xezerin-seviyyesi-15-metr-azalib---umayra-tagiyeva-443646361.html
Xəzərin səviyyəsi 1,5 metr azalıb - Umayra Tağıyeva
Xəzərin səviyyəsi 1,5 metr azalıb - Umayra Tağıyeva
Sputnik Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisinin sözlərinə görə, Xəzər dənizinin 1977-ci ilin 100 illik minimumuna... 03.07.2022, Sputnik Azərbaycan
2022-07-03T20:55+0400
2022-07-03T20:55+0400
2022-07-03T20:55+0400
cəmiyyət
umayra tağıyeva
https://cdnn1.img.sputnik.az/img/42295/23/422952312_0:25:1238:721_1920x0_80_0_0_6889cf794503944a09520f618e163554.jpg
BAKI, 3 iyul - Sputnik. İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.“Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malikdir. Dəniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub. 1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnmişdi”, - deyə Ü.Tağıyeva bildirib.Onun sözlərinə görə, hazırda Xəzər dənizinin səviyyəsi enməyə başlayıb: “Son 15 ildə onun səviyyəsi demək olar ki, 1,5 m azalıb və 1977-ci ilin 100 illik minimumuna çatana qədər isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir. Əgər əvvəllər Xəzər dənizinin səviyyəsində bir əsr ərzində baş verən bu dalğalanmalar nisbətən “sabit iqlim” adlanan dövrə düşürdüsə, indi iqlim dəyişikliyi bu prosesə öz təsirini göstərir”.Onun sözlərinə görə, son on ildə iqlim dəyişikliyi dünya alimlərinin əvvəllər proqnozlaşdırdığından daha sürətlə baş verib: “Bu, öz nəticələrini bütövlükdə ekosistemlərə yükləyir. Bu baxımdan Xəzər dənizinin səviyyəsində dəyişikliklərin ən real proqnoz-ssenarisinin müəyyən edilməsi, eləcə də uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və ətraf region üçün həyati əhəmiyyət kəsb edir.Məhz bu məqsədlə iyulun 5-də həm Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətlərinin nümayəndələri və alimləri, həm də xarici ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda fikir mübadiləsi aparacaqlar”. (Report)
https://sputnik.az/20220703/yulun-birinci-ongunluyunde-hava-nece-olacaq-443639161.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42295/23/422952312_68:0:1168:825_1920x0_80_0_0_19070ad8d37a8dd4062ca96b0d2967ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
umayra tağıyeva
Xəzərin səviyyəsi 1,5 metr azalıb - Umayra Tağıyeva
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisinin sözlərinə görə, Xəzər dənizinin 1977-ci ilin 100 illik minimumuna çatmasına cəmi 80 sm qalıb.
BAKI, 3 iyul - Sputnik. İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
“Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malikdir. Dəniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub. 1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnmişdi”, - deyə Ü.Tağıyeva bildirib.
Onun sözlərinə görə, hazırda Xəzər dənizinin səviyyəsi enməyə başlayıb: “Son 15 ildə onun səviyyəsi demək olar ki, 1,5 m azalıb və 1977-ci ilin 100 illik minimumuna çatana qədər isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir. Əgər əvvəllər Xəzər dənizinin səviyyəsində bir əsr ərzində baş verən bu dalğalanmalar nisbətən “sabit iqlim” adlanan dövrə düşürdüsə, indi iqlim dəyişikliyi bu prosesə öz təsirini göstərir”.
Onun sözlərinə görə, son on ildə iqlim dəyişikliyi dünya alimlərinin əvvəllər proqnozlaşdırdığından daha sürətlə baş verib: “Bu, öz nəticələrini bütövlükdə ekosistemlərə yükləyir. Bu baxımdan Xəzər dənizinin səviyyəsində dəyişikliklərin ən real proqnoz-ssenarisinin müəyyən edilməsi, eləcə də uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və ətraf region üçün həyati əhəmiyyət kəsb edir.
Məhz bu məqsədlə iyulun 5-də həm Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətlərinin nümayəndələri və alimləri, həm də xarici ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda fikir mübadiləsi aparacaqlar”. (Report)