https://sputnik.az/20220703/yulun-birinci-ongunluyunde-hava-nece-olacaq-443639161.html
İyulun birinci ongünlüyündə hava necə olacaq?
İyulun birinci ongünlüyündə hava necə olacaq?
Sputnik Azərbaycan
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, iyulun birinci ongünlüyünün son günlərində temperatur Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi... 03.07.2022, Sputnik Azərbaycan
2022-07-03T12:41+0400
2022-07-03T12:41+0400
2022-07-03T13:03+0400
azərbaycan xəbərləri
ekologiya və təbii sərvətlər nazirliyi
hava proqnozu
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427216204_0:160:3073:1888_1920x0_80_0_0_454a4021162f70d1876441d1adcf108a.jpg
BAKI, 3 iyul - Sputnik. İyulun birinci ongünlüyünün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37° dərəcəyə çatacaq.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, iyulun birinci ongünlüyünün son günlərində temperatur Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı da açıqlayıb.Belə ki, iyulun 03-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.Düşən yağışın miqdarı Göygöldə 7.0 mm, Oğuz, Şəki, Şahdağda 6.0 mm, Daşkəsəndə 5.0 mm, Qrızda 4.0 mm, İsmayıllıda 3.0 mm, Gəncə, Xaltan, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Naftalan, Şəmkir, Ağdərə, Gədəbəy, Quba, Tərtər, Yevlax, Qəbələ, Sarıbaş, Göyçay, Sarıbaşda 1.0 mm-dək olub.Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Mingəçevirdə 21 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Şirvanda 17 m/s, Culfada 18 m/s, Naxçıvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 21 m/s, Binə 19 m/s, Ələtdə 18 m/s, Neft Daşları, Çilov adasında 17 m/s, Sumqayıtda 16 m/s, Pirallahıda 15 m/s-dək güclənib.Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427216204_170:0:2901:2048_1920x0_80_0_0_676ff947334c64c881217ddeed041076.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ekologiya və təbii sərvətlər nazirliyi, hava proqnozu
ekologiya və təbii sərvətlər nazirliyi, hava proqnozu
İyulun birinci ongünlüyündə hava necə olacaq?
12:41 03.07.2022 (Yenilənib: 13:03 03.07.2022) Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, iyulun birinci ongünlüyünün son günlərində temperatur Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.
BAKI, 3 iyul - Sputnik. İyulun birinci ongünlüyünün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37° dərəcəyə çatacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, iyulun birinci ongünlüyünün son günlərində temperatur Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı da açıqlayıb.
Belə ki, iyulun 03-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.
Düşən yağışın miqdarı Göygöldə 7.0 mm, Oğuz, Şəki, Şahdağda 6.0 mm, Daşkəsəndə 5.0 mm, Qrızda 4.0 mm, İsmayıllıda 3.0 mm, Gəncə, Xaltan, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Naftalan, Şəmkir, Ağdərə, Gədəbəy, Quba, Tərtər, Yevlax, Qəbələ, Sarıbaş, Göyçay, Sarıbaşda 1.0 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Mingəçevirdə 21 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Şirvanda 17 m/s, Culfada 18 m/s, Naxçıvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 21 m/s, Binə 19 m/s, Ələtdə 18 m/s, Neft Daşları, Çilov adasında 17 m/s, Sumqayıtda 16 m/s, Pirallahıda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.
Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.