Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şuşada beynəlxalq velosiped yarışı keçiriləcək

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidŞuşada qədim qala divarları
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Gənclər və İdman Nazirliyi bildirib ki, 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı turnir iki mərhələdən ibarətdir.
BAKI, 3 iyul - Sputnik. İyulun 9-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı start götürəcək.
Nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumata görə, turnir iki gün davam edəcək.
Yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" çərçivəsində təşkil olunacaq.
10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı turnir iki mərhələdən ibarətdir. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu raundda velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.
İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0