https://sputnik.az/20220703/kitab-da-susa-kimi-qarabag-kimi-strateji-meseledir---nasir-443619005.html
Kitab da Şuşa kimi, Qarabağ kimi strateji məsələdir - Naşir
Kitab da Şuşa kimi, Qarabağ kimi strateji məsələdir - Naşir
Sputnik Azərbaycan
Şair bildirir ki, Sovet dövründə bədii şura əsərin dəyərli olduğu qənaətinə gəldiyi təqdirdə ona vəsait ayrılıb. Cavan şairin bir misrasına 0.70 qəpik, xalq... 03.07.2022, Sputnik Azərbaycan
2022-07-03T09:29+0400
2022-07-03T09:29+0400
2022-07-03T12:50+0400
yazıçı
mədəniyyət
kitab
nəşr
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794722_0:103:2000:1228_1920x0_80_0_0_511c7127f48dd620a8511817ec48a9ef.jpg
BAKI, 3 iyul — Sputnik. Kitab insan ruhunun müqəddəs yazısı, nəsillərin bir-birinə vəsiyyətidir, desək, yanılmarıq. Bəs Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir? Yazarların öz kitablarını özlərinin satması nə dərəcədə doğrudur? Bu sahədə reklam menecerinə və prodüserə ehtiyac varmı? Mövzunu bu sahənin mütəxəssisləri ilə müzakirə etdik."Qanun" Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayara görə öz kitabını satan yazıçı ən uca məqamdadır. Onun sözlərinə görə, "o məqamdan üstün heç nə ola bilməz"."Lakin könül istərdi ki, kitab industriyası elə qurulsun, yazıçının buna ehtiyacı qalmasın. Bütün məsələləri - nəşriyyatın sifarişindən, yayım şəbəkələrindən tutmuş, kitabın Azərbaycanın hər bölgəsinə gedib oxucuya çatmasına qədər bütün işləri görən sistem qurulsun və mexanizm işləsin. Bundan sonra yazıçı yalnız öz işi ilə məşğul olsun. Kitab həm də əmtəədir. Demək, onun biznes tərəfi ilə də məşğul olan qurumlar və mütəxəssislər olmalıdır. Necə ki, digər sahələrdə var. Biz indi çalışırıq ki, buna doğru gedək", - deyə redaktor bildirib.Yazıçı təəssüf hissi ilə qeyd edir ki, Azərbaycanda formalaşmış şərtlərə görə yazıçılar öz kitablarını satmaq məcburiyyətində qalırlar. Təqribən bir ay əvvəl Bakının Nərimanov parkında baş tutan sərgidən söz açan Ş.Ağayar insanların kitaba münasibətinə toxunub:"Biz nəşriyyat olaraq sərgilərə öz müəlliflərimizi dəvət edirik, onlar həmin sərgidə həm də oxucuları ilə görüşürlər. Bu vasitə həm oxucu və yazar arasındakı baryeri aradan qaldırmış olur, həm də kitabın insan həyatının vacib komponenti olduğuna onları inandırır. Bu ənənə bütün dünyada var".Ş.Ağayar onu da qeyd edir ki, Azərbaycan insanı son otuz ildə torpağın nə olduğunu lazımınca anlayıb, amma hələ də kitabın nə olduğunu tam anlamayıb:Redaktor bildirir ki, əslində on beş - iyirmi il bundan əvvəl həll edilməli məsələlər haqda müzakirələr hələ indi başlanıb:"Burada KİV-in də bir az günahı var. Sərgiləri, kitab festivallarını, ədəbiyyat tədbirlərini daha geniş işıqlandırmaq lazımdır. Qoy az oxunsun, az baxılsın, bir material da belə olsun. Başqa vaxt hamımız kitabdan ağız dolusu danışırıq, amma iş əmələ gələndə, vaxtımız, imkanımız olmur. Xüsusən televiziyalar kitabın təbliğinə xüsusi zaman ayırsalar, hamımız üçün faydalı olar. Bir də aidiyyatı dövlət qurumları öz öhdəsinə düşəni dərk etməli və kitabla bağlı istənilən tədbirin keçirilməsinə yaxından dəstək olmalıdır."Tanınmış yazıçı Kəramət Böyükçöl müəllifi olduğu kitabların satışını adətən paytaxtımızın parklarında aparır. Yazıçı mövzudan danışarkən qeyd edir ki, azərbaycanlıların ağıllarında canlandırdıqları yazıçı kabinetdə oturub, hansısa məmura yaltaqlanan, hökmdarın qarşısında baş əyən obrazdır:"Millətimiz yazıçını bu obrazdan kənarda görə bilmir. Parklarda kitab satmağı, əslində onun etirazıdır. Cəmiyyəti tanıyan insanlar başa düşürlər ki, mənim məqsədim təkcə pul qazanmaq deyil. Mən ləyaqətli yolla pul qazanıram. Parklarda kitab satmaq mənim üçün artıq başa çatıb. Artıq mən bunu sistem halına salmaq üzərində işləyirəm. Məişət problemlərimi minimum səviyyədə həll edəndən sonra, oturub yaradıcılığımla ciddi şəkildə məşğul olacam".Yazıçı kitablarının satışını və texniki məsələrini menecerə həvalə etməyi düşünür:Yazıçı Cəlil Cavanşir bildirir ki, yazarların öz kitablarını satması heç də xoş mənzərə deyil. Xarici ölkələrdə bu məsələlərlə müəllif agentlikləri, nəşriyyatlar məşğul olurlar. Onun sözlərinə görə, kitab çapı və satışı ilə məşğul olmaq yazıçının yaradıcı tərəfini əlindən alır:Mövzunun müzakirəsini Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Vahid Əzizlə davam etdiririk. Şair Sovet təcrübəsindən yararlanmağı məsləhət görür:"Bəyənmədiyimiz Sovet hökumətinin vaxtında nəşriyyatlarda bədii şura var idi. Yazıçı aparıb əsərini təqdim edirdi. Əsəri oxuyurdular. Baxırdılar ki, o əsərin dəyəri var, lazımdır, ona pul ayırırdılar. Cavan şairin bir misrasına 0.70 qəpik, Xalq şairlərinin bir misrasına 3 manat verirdilər, kitabı çap edirdilər. Ondan sonra satışa verirdilər. Satışdan gələn qonorarla da yaşayırdılar".Vahid Əziz təəssüf hissi ilə qeyd edir ki, indi ədəbiyyat özbaşına qalıb:Həmsöhbətimiz bildirir ki, vaxtilə universitetlərdə, məktəblərdə, kəndlərdə kitabxanalar olub, lakin sonradan onların çoxu ləğv edilib:"İndi elə bölgələrimiz var ki, orada heç kitabxana yoxdur. Məsələn, mənim Zəfər tariximizə həsr olunan "Param-parça illər" kitabım nəşr olunub. Onu "Azərkitab"a verdim. O kitabın çap olunmasına xeyli vəsait sərf etmişəm. Mədəniyyət Nazirliyi satınalmalar həyata keçirir. Mən kitabımı Axundov kitabxanasına vermişəm, amma hələ Nazirliyin bundan xəbəri yoxdur. Ümid edirəm ki, Nazirlik heç olmasa, 200-300 kitab alar, kitabxanalara paylayar ki, uşaqlar da o kitabları oxuyarlar. Oradan gələn gəlirlə kitaba əziyyət çəkən insanlara olan borclarımı ödəyərəm. Ədəbiyyat insanları utana-utana, kimdənsə xahiş-minnət imza günləri keçirirlər. Bəlkə də onların içində elə şair, elə yazıçı var ki, böyük əsərlər yarada bilərlər. İndi elə bir dövrə gəlib çatmışıq ki, atın qabağına ət, itin qabağına ot atırlar".* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220511/yazicilar-birliyini-tenqid-edenler-tenqid-etdikleri-adamlara-benzemeye-baslayib-441801399.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794722_114:0:1887:1330_1920x0_80_0_0_d3782f806be70efda9e3ee595fdbaba7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yazıçı, kitab, nəşr
Kitab da Şuşa kimi, Qarabağ kimi strateji məsələdir - Naşir
09:29 03.07.2022 (Yenilənib: 12:50 03.07.2022) Şair bildirir ki, Sovet dövründə bədii şura əsərin dəyərli olduğu qənaətinə gəldiyi təqdirdə ona vəsait ayrılıb. Cavan şairin bir misrasına 0.70 qəpik, xalq şairlərinin bir misrasına isə 3 manat verilib.
BAKI, 3 iyul — Sputnik. Kitab insan ruhunun müqəddəs yazısı, nəsillərin bir-birinə vəsiyyətidir, desək, yanılmarıq. Bəs Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir? Yazarların öz kitablarını özlərinin satması nə dərəcədə doğrudur? Bu sahədə reklam menecerinə və prodüserə ehtiyac varmı? Mövzunu bu sahənin mütəxəssisləri ilə müzakirə etdik.
"Qanun" Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayara görə öz kitabını satan yazıçı ən uca məqamdadır. Onun sözlərinə görə, "o məqamdan üstün heç nə ola bilməz".
"Lakin könül istərdi ki, kitab industriyası elə qurulsun, yazıçının buna ehtiyacı qalmasın. Bütün məsələləri - nəşriyyatın sifarişindən, yayım şəbəkələrindən tutmuş, kitabın Azərbaycanın hər bölgəsinə gedib oxucuya çatmasına qədər bütün işləri görən sistem qurulsun və mexanizm işləsin. Bundan sonra yazıçı yalnız öz işi ilə məşğul olsun. Kitab həm də əmtəədir. Demək, onun biznes tərəfi ilə də məşğul olan qurumlar və mütəxəssislər olmalıdır. Necə ki, digər sahələrdə var. Biz indi çalışırıq ki, buna doğru gedək", - deyə redaktor bildirib.
Yazıçı təəssüf hissi ilə qeyd edir ki, Azərbaycanda formalaşmış şərtlərə görə yazıçılar öz kitablarını satmaq məcburiyyətində qalırlar. Təqribən bir ay əvvəl Bakının Nərimanov parkında baş tutan sərgidən söz açan Ş.Ağayar insanların kitaba münasibətinə toxunub:
"Biz nəşriyyat olaraq sərgilərə öz müəlliflərimizi dəvət edirik, onlar həmin sərgidə həm də oxucuları ilə görüşürlər. Bu vasitə həm oxucu və yazar arasındakı baryeri aradan qaldırmış olur, həm də kitabın insan həyatının vacib komponenti olduğuna onları inandırır. Bu ənənə bütün dünyada var".
Ş.Ağayar onu da qeyd edir ki, Azərbaycan insanı son otuz ildə torpağın nə olduğunu lazımınca anlayıb, amma hələ də kitabın nə olduğunu tam anlamayıb:
"Kitab da Şuşa kimi, Qarabağ kimi strateji, ümummilli məsələdir, müqəddərat məsələsidir. "Azərbaycan xalqı oxumur" fikrini yayan insanlar ya bu problemin düzəlməsini istəmirlər, ya da reallıqdan xəbərsizdirlər. Azərbaycan xalqı oxuyur. Buna mən sərgilərdə canlı şahid oluram. Sadəcə, biz bu potensialı lazımı səviyyədə reallaşdırmaq məsələsində axsayırıq".
Redaktor bildirir ki, əslində on beş - iyirmi il bundan əvvəl həll edilməli məsələlər haqda müzakirələr hələ indi başlanıb:
"Burada KİV-in də bir az günahı var. Sərgiləri, kitab festivallarını, ədəbiyyat tədbirlərini daha geniş işıqlandırmaq lazımdır. Qoy az oxunsun, az baxılsın, bir material da belə olsun. Başqa vaxt hamımız kitabdan ağız dolusu danışırıq, amma iş əmələ gələndə, vaxtımız, imkanımız olmur. Xüsusən televiziyalar kitabın təbliğinə xüsusi zaman ayırsalar, hamımız üçün faydalı olar. Bir də aidiyyatı dövlət qurumları öz öhdəsinə düşəni dərk etməli və kitabla bağlı istənilən tədbirin keçirilməsinə yaxından dəstək olmalıdır."
Tanınmış yazıçı Kəramət Böyükçöl müəllifi olduğu kitabların satışını adətən paytaxtımızın parklarında aparır. Yazıçı mövzudan danışarkən qeyd edir ki, azərbaycanlıların ağıllarında canlandırdıqları yazıçı kabinetdə oturub, hansısa məmura yaltaqlanan, hökmdarın qarşısında baş əyən obrazdır:
"Millətimiz yazıçını bu obrazdan kənarda görə bilmir. Parklarda kitab satmağı, əslində onun etirazıdır. Cəmiyyəti tanıyan insanlar başa düşürlər ki, mənim məqsədim təkcə pul qazanmaq deyil. Mən ləyaqətli yolla pul qazanıram. Parklarda kitab satmaq mənim üçün artıq başa çatıb. Artıq mən bunu sistem halına salmaq üzərində işləyirəm. Məişət problemlərimi minimum səviyyədə həll edəndən sonra, oturub yaradıcılığımla ciddi şəkildə məşğul olacam".
Yazıçı kitablarının satışını və texniki məsələrini menecerə həvalə etməyi düşünür:
"Hər mövzuya ziyalı mövqeyi bildirmək də bir növ insanı adiləşdirir. "Youtube" kanalımdakı baxış sayını, sosial şəbəkədəki "like" edənləri artıq kitaba yönəltməliyik. Əgər mənim fikirlərim onlar üçün maraqlıdırsa, getsinlər onu kitablarımdan oxusunlar. Mən yazıçını hansısa məmurun, varlı insanın qarşısında boynubükük görmək istəmirəm. Kitabların satışı yazıçının iqtisadi müstəqilliyini təmin edə bilər. Mən bu problemləri bir il ərzində həll etməyi düşünürəm".
Yazıçı Cəlil Cavanşir bildirir ki, yazarların öz kitablarını satması heç də xoş mənzərə deyil. Xarici ölkələrdə bu məsələlərlə müəllif agentlikləri, nəşriyyatlar məşğul olurlar. Onun sözlərinə görə, kitab çapı və satışı ilə məşğul olmaq yazıçının yaradıcı tərəfini əlindən alır:
"Məsələn, Kəramət ilin böyük hissəsini kitablarının satışına həsr edir. Amma onun kitablarının satışı ilə məşğul olan menecer olsa, Kəramət satışa ayırdığı vaxt ərzində gedər kitab yazar. Azərbaycanda Kitabxana Kollektoru var. Ötən il kitabxana kollektoru yerli müəlliflərin kitabını alıb, kitabxanalara bağışladı. Bu müsbət addım idi. İndi bunu davam etdirməlidir. Özəl nəşriyyatların satış meneceri var. Arzu olunan odur ki, kitab satış işi ilə məşğul olanlar yerli yazarlara üstünlük versinlər. Azərbaycanda sırf yerli yazarların əsərlərinin çapı ilə, piarı ilə məşul olan bir nəşriyyat yoxdur".
Mövzunun müzakirəsini Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Vahid Əzizlə davam etdiririk. Şair Sovet təcrübəsindən yararlanmağı məsləhət görür:
"Bəyənmədiyimiz Sovet hökumətinin vaxtında nəşriyyatlarda bədii şura var idi. Yazıçı aparıb əsərini təqdim edirdi. Əsəri oxuyurdular. Baxırdılar ki, o əsərin dəyəri var, lazımdır, ona pul ayırırdılar. Cavan şairin bir misrasına 0.70 qəpik, Xalq şairlərinin bir misrasına 3 manat verirdilər, kitabı çap edirdilər. Ondan sonra satışa verirdilər. Satışdan gələn qonorarla da yaşayırdılar".
Vahid Əziz təəssüf hissi ilə qeyd edir ki, indi ədəbiyyat özbaşına qalıb:
"Kim istəyir kitab yazır, kim istəyir aparıb satır. Ömrü boyu əsər yazan yazıçını aparıb birdən-birə quyunun dibinə salmaq olmaz. Vahid Əziz 77 yaşında qoltuğuna kitab alıb bulvarda kitab sata bilməz. Təklif etmişəm ki, dövlət "Azərnəşr"ə və ya başqa nəşriyyata pul ayırsın. Sovet dövründə olduğu kimi, redaksiya heyəti yaradılsın. Yazıçı və ya şair əsərini təqdim etsin. Baxsınlar, həmin işin ictimai əhəmiyyəti varsa, çap etsinlər, müəllifə də qonorar versinlər. Yazıçı, şair də dilənçi kimi qapı-qapı düşüb alçaltmasın özünü. Əgər yazar qapı-qapı düşüb özünü alçaldırsa, cəmiyyətdə onun hörməti olar? Yazıçı gedib kiməsə ağız açsa, pul verən deyəcək ki, "bu da adam olub, mən buna pul vermişəm".
Həmsöhbətimiz bildirir ki, vaxtilə universitetlərdə, məktəblərdə, kəndlərdə kitabxanalar olub, lakin sonradan onların çoxu ləğv edilib:
"İndi elə bölgələrimiz var ki, orada heç kitabxana yoxdur. Məsələn, mənim Zəfər tariximizə həsr olunan "Param-parça illər" kitabım nəşr olunub. Onu "Azərkitab"a verdim. O kitabın çap olunmasına xeyli vəsait sərf etmişəm. Mədəniyyət Nazirliyi satınalmalar həyata keçirir. Mən kitabımı Axundov kitabxanasına vermişəm, amma hələ Nazirliyin bundan xəbəri yoxdur. Ümid edirəm ki, Nazirlik heç olmasa, 200-300 kitab alar, kitabxanalara paylayar ki, uşaqlar da o kitabları oxuyarlar. Oradan gələn gəlirlə kitaba əziyyət çəkən insanlara olan borclarımı ödəyərəm. Ədəbiyyat insanları utana-utana, kimdənsə xahiş-minnət imza günləri keçirirlər. Bəlkə də onların içində elə şair, elə yazıçı var ki, böyük əsərlər yarada bilərlər. İndi elə bir dövrə gəlib çatmışıq ki, atın qabağına ət, itin qabağına ot atırlar".
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.