SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Füzulidə ilk modern məktəbi özbəklər tikəcəklər

© AFP 2024 / TOFIK BABAYEVFüzuli
Füzuli - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini bildirib ki, onlar Füzulidə Özbəkistanda "prezident məktəbi" kimi tanınan yeni tipli məktəb tikəcəklər.
BAKI, 3 iyul - Sputnik. Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək.
Bu barədə Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov Şuşada türk ölkələrinin beyin mərkəzlərinin növbədənkənar toplantısında deyib.
Nematov azad edilmiş ərazilərdə aparılan tikinti işlərinin həcminə heyran qaldığını bildirib:
"Bu, Azərbaycanın iqtisadi və siyasi baxımdan nə qədər güclü olduğunu göstərir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək. Biz Füzulidə Özbəkistanda "prezident məktəbi" kimi tanınan yeni tipli məktəb tikəcəyik".
O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini şərh edərək, iki ölkə arasında imzalanmış sazişlərin geniş bazasını xüsusilə vurğulayıb.
"Əməkdaşlıq potensialı böyükdür. Əgər 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəmiz 17 milyon ABŞ dolları idisə, 2021-ci ildə 118 milyon ABŞ dolları təşkil edəcək. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı artır, hazırda onların sayı 300-dən çoxdur”, - Nematov qeyd edib.
Nematov iki ölkə arasında nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin vacibliyini əlavə edib.
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 03.07.2022
CƏMİYYƏT
Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
Xəbər lenti
0