Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur musiqiçilərin "Şuşa haqqında söhbətlər"i

© Sputnik / Murad OrujovŞuşa yazısı
Şuşa yazısı - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Mədəniyyət Nazirliyi bu yaxınlarda Qarabağa səfər edən, hətta orada çıxış edən məşhur yaradıcı insanları bir araya toplayıb.
BAKI, 24 iyun — Sputnik. Beynəlxalq Muğam Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsi çərçivəsində mədəniyyət paytaxtına səfəri haqqında təəssüratlarını bölüşüblər.
Layihənin məqsədi Qarabağın dirçəlişi ilə bağlı ictimaiyyətin, yaradıcılıq sənayesi nümayəndələrinin fikirlərini öyrənməkdir. Layihə "Şuşa şəhəri ili" çərçivəsində həyata keçirilir.
Bu dəfə qonaqlar "Musiqinin Şuşa şəhərinə qayıdışı" mövzusunu müzakirə ediblər. Tədbirin kuratoru Azərbaycan Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə olub. O, 2022-ci ilin əvvəlindən Qarabağda həyata keçirilən layihələrdən, həmçinin yaxın gələcəkdə təqdim ediləcək yeni müsabiqələrdən, kitablardan, tədbirlərdən danışıb.
© Sputnik / Kemale AliyevaTanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsində
Известные деятели культуры и искусства в Международном центре мугама поделились своими впечатлениями от посещения культурной столицы в рамках проекта министерства культуры Shusha talks (Беседы о Шуше) - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Tanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsində

"Şuşa təkcə tarixi əhəmiyyətə malik deyil, o həm də Azərbaycan mədəniyyətinin beşiyidir. Biz mədəniyyət paytaxtını təbliğ etmək niyyətindəyik. Layihə çərçivəsində müxtəlif bölgələrdən insanları dəvət edəcəyik ki, onlarla müzakirələr aparaq. "Shusha talks"un uğurundan asılı olaraq, biz onu növbəti illərdə də davam etdirməyi planlaşdırırıq", - deyə Qafarzadə bildirib.

Panel müzakirələrində "Cəngi" estrada-folklor ansamblının bədii yaradıcı rəhbəri Mircavad Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii yaradıcı rəhbəri Rüfət Xəlilzadə, əməkdar artistlər Aybəniz HaşımovaNuriyyə Hüseynova, həmçinin tar ifaçısı Arslan Növrəsli də iştirak ediblər.
Onların hər biri mədəniyyət paytaxtına səfərləri, "Xarıbülbül" beynəlxalq musiqi festivalında çıxışları ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar həmçinin Ermənistan tərəfinin dəfələrlə mənimsədiyi Azərbaycanın ən məşhur bəstələrini, rəqslərini Şuşada təqdim etməyə çalışdıqlarını da qeyd ediblər.
© Sputnik / Kemale AliyevaTanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsində
Известные деятели культуры и искусства в Международном центре мугама поделились своими впечатлениями от посещения культурной столицы в рамках проекта министерства культуры Shusha talks (Беседы о Шуше) - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Tanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsində

"Ölkəmizin bir çox korifeyləri Qarabağdan çıxıblar. Əgər əvvəllər biz doğma torpaqlarımızda çıxış edə bilmirdiksə, indi artıq belə bir imkanımız var. Orada mədəni ənənələrin yenidən bərpa olması, nəinki vətəndaşlarımızın, həm də əcnəbilərin iştirak etməli olduqları bir çox konsertlər, müsabiqələr keçirilməsi çox vacibdir", - deyə Haşımova bildirib.

Qonaqlar Qarabağ mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlərin təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0