Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Respublika stadionunda meydançalardan biri niyə sökülüb?

© Official website of President of Azerbaijan RepublicTofiq Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika Stadionu - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Tofiq Bəhramov adına Respublika Stadionunda qapalı meydançalardan birinin sökülməsinə səbəb odur ki, həmin meydança cənub darvazasının qarşısında yerləşdiyi üçün oyunlar zamanı fanatların giriş-çıxışına maneçilik törədirdi.
BAKI, 1 iyul — Sputnik. Tofiq Bəhramov adına Respublika Stadionunda qapalı meydançalardan biri sökülüb. Bu addım cənub darvazalarının azarkeşlərin üzünə tam açıla bilməsi üçün atılıb.
"Report"un məlumatına görə, həmin meydança cənub darvazasının qarşısında yerləşdiyi üçün oyunlar zamanı fanatların giriş-çıxışına maneçilik törədirdi. Bu məqam nəzərə alınaraq sözügedən meydançının sökülməsinə qərar verilib.
Hazırda həmin ərazidə cəmi bir qapalı meydança fəaliyyət göstərir.
Qeyd edək ki, "Qarabağ" Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki cavab matçını iyulun 12-də mərkəzi arenada oynayacaq. İlk qarşılaşma iyulun 5-də Poznanda gerçəkləşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0