CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə Azərbaycan torpaqlarını icarəyə götürmək istəyir

© AFP 2024 / FRANCOIS LO PRESTIFermer, arxiv şəkli
Fermer, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Türkiyəli nazir Vahit Kirişçinin sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.
BAKI, 30 iyun — Sputnik. Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaq.
Türkiyə mətbuatının yazdığına görə, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.
Nazir qeyd edib ki, 10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlıq görülür. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var. Onun sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.
O qeyd edib ki, iqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlarda əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə verilməsi ilə bağlı danışıqlara başlayıb.
"Bizə təkliflər edən ölkələr var: Azərbaycan, Venesuela, Qazaxıstan, Əlcəzair, Sudan. Bununla bağlı danışıqlar gedir", - nazir bildirib.
O əlavə edib ki, sözügedən ölkələrlə əməkdaşlıq üçün işlərə başlanılıb.
Xatırladaq ki, dünyada kənd təsərrüfatı istehsalının azalacağı və ərzaq böhranının olacağı proqnozlaşdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2022
SİYASƏT
Ərdoğan taxıl üçün Rusiya və Ukrayna prezidentləri ilə danışacaq
Xəbər lenti
0