SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan taxıl üçün Rusiya və Ukrayna prezidentləri ilə danışacaq

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin, arxiv şəkli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Türkiyə Prezidenti bildirib ki, hazırda anbarları dolu olsa da, rus və ukraynalı həmkarları ilə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə edəcək.
BAKI, 12 iyun - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacağını bildirib.
O, Türkiyənin Van şəhərində gənclərlə görüşü zamanı deyib ki, sözügedən liderlərlə Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə edəcək.
"Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var, amma biz bu həcmləri artırmaq istərdik", - Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2022
SİYASƏT
"Qərbə etibar etmək olmaz" - Ərdoğan
Xəbər lenti
0