https://sputnik.az/20220630/polsada-sahmat-yarisi-azerbaycanli-sahmatci-liderdir-443523914.html
Polşada şahmat yarışı: Azərbaycanlı şahmatçı liderdir
Polşada şahmat yarışı: Azərbaycanlı şahmatçı liderdir
Sputnik Azərbaycan
Polşada festivalın qadınlardan ibarət turnirində ölkəmizi beynəlxalq qrosmeyster Günay Məmmədzadə təmsil edir 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T14:51+0400
2022-06-30T14:51+0400
2022-06-30T14:51+0400
şahmat
idman
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373187_0:161:3071:1888_1920x0_80_0_0_4a1bd298cf10bc3631f8bca37ecab180.jpg
BAKI, 30 iyun — Sputnik. Polşada VII şahmat festivalı keçirilir.Festivalın qadınlardan ibarət turnirində ölkəmizi beynəlxalq qrosmeyster Günay Məmmədzadə təmsil edir. Dairəvi sistem üzrə təşkil olunan yarışda şahmatçımızla yanaşı, Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), Irina Bulmaga (Rumuniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa, Joanna Majdan (Polşa) birincilik uğurunda mübarizə aparırlar.Beş turdan sonra aktivində dörd xalı olan şahmatçımız turnir cədvəlində liderdir.Yarış iyulun 3-də başa çatacaq.Teymur Rəcəbov bu gün polşalı şahmatçı ilə qarşılaşacaqQeyd edək ki, digər Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.Şahmatçılar arasında IV turda baş tutmuş ilk matçda heç-heçə qeydə alınıb.10 turdan sonra 5,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 - 4-cü yerlərdə qərarlaşıblar.Bu gün eyni zamanda Nakamura - Rapport, Firuzca Nepomnyaşi və Karuana - Liren görüşləri keçiriləcək.Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373187_170:0:2901:2048_1920x0_80_0_0_92f5c00ddd2cc71e5e471fdd60751d2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şahmat
Polşada şahmat yarışı: Azərbaycanlı şahmatçı liderdir
Polşada festivalın qadınlardan ibarət turnirində ölkəmizi beynəlxalq qrosmeyster Günay Məmmədzadə təmsil edir
BAKI, 30 iyun — Sputnik. Polşada VII şahmat festivalı keçirilir.
Festivalın qadınlardan ibarət turnirində ölkəmizi beynəlxalq qrosmeyster Günay Məmmədzadə təmsil edir.
Dairəvi sistem üzrə təşkil olunan yarışda şahmatçımızla yanaşı, Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), Irina Bulmaga (Rumuniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa, Joanna Majdan (Polşa) birincilik uğurunda mübarizə aparırlar.
Beş turdan sonra aktivində dörd xalı olan şahmatçımız turnir cədvəlində liderdir.
Yarış iyulun 3-də başa çatacaq.
Teymur Rəcəbov bu gün polşalı şahmatçı ilə qarşılaşacaq
Qeyd edək ki, digər Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Şahmatçılar arasında IV turda baş tutmuş ilk matçda heç-heçə qeydə alınıb.
10 turdan sonra 5,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 - 4-cü yerlərdə qərarlaşıblar.
Bu gün eyni zamanda Nakamura - Rapport, Firuzca Nepomnyaşi və Karuana - Liren görüşləri keçiriləcək.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.