https://sputnik.az/20220630/meymunciceyi-mutasiyaya-ugrayir---bas-infeksionist-tesdiqledi-443519517.html
Meymunçiçəyi mutasiyaya uğrayır - Baş infeksionist təsdiqlədi
Meymunçiçəyi mutasiyaya uğrayır - Baş infeksionist təsdiqlədi
Sputnik Azərbaycan
Təyyar Eyvazov bildirib ki, koronavirusla müqayisədə meymunçiçəyi virusu DNT tərkibli olduğundan mutasiya potensialı daha kiçikdir. 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T16:43+0400
2022-06-30T16:43+0400
2022-06-30T16:43+0400
meymunçiçəyi
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e4/07/14/424482672_0:0:3072:1728_1920x0_80_0_0_b1b8c321b6cab5c2719556fccd2348fb.jpg
BAKI, 30 iyun — Sputnik. Meymunçiçəyi virusu mutasiyaya uğrayaraq yayılır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. T.Eyvazov qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar da müxtəlif mutasiyaların baş verdiyini təsdiqləyir.Baş infeksionist bildirib ki, meymunçiçəyi infeksiyasına ilk insan yoluxması hadisəsi 1970-ci ildə Afrikada aşkarlanıb. Sonrakı illərdə Afrika kontinentinin bir sıra ölkələrində bu imfeksiya yayılaraq insanlar arasında sporadik və ya epidemik alovlanmalara səbəb olub: "Afrikadan kənar ilk yayılma hadisəsi isə 2003-cü ildə ABD-də qeydə alındı. O vaxtdan bu günədək müxtəlif ölkələrdə bu xəstəliyə ara-sıra rast gəlindi. Lakin hazırkı yayılma arealı daha böyükdür. Yəni biz artıq təsdiqləyə bilərik ki, meymunçiçəyi infeksiyasının yayılma arealı qeyri-endemik ərazilər hesabına xeyli genişlənmişdir. Bunun nə səbəbdən və nə üçün indi baş verməsi haqqında müxtəlif fikirlər mövcuddur.Bu fərziyələr arasında 1980-ci ildən etibarən təbii çiçəyə qarşı peyvəndləmənin dünya miqyasında dayandırılması nəticəsində insanlarda meymunçiçəyinə həssaslığın artması, qloballaşan dünyada ölkələr arasında sıx əlaqələrin olması və nəhayət virusun mutasiya edərək insanlar arasında daha sürətli yayılması xüsusiyyətini kəsb etməsidir".Onun sözlərinə görə, koronavirusla müqayisədə bu virus DNT tərkibli olduğundan mutasiya potensialı daha kiçikdir: "Lakin hazırda bu istiqamətdə aparılan tədqiqatlar müxtəlif mutasiyaların baş verdiyini təsdiqləyir. İstənilən halda virusun hazırda qeyri-endemik ərazilərdə sürətlə yayılması artıq danılmaz faktdır və baş vermə səbəblərindən asılı olmayaraq onunla mübarizə üçün qlobal səviyyədə birgə koordinə olunmuş əksepidemik tədbirlərin həyata keçirilməsi gündəmdədir".Qeyd edək ki, dünyada meymunçiçəyi xəstəliyinin yayılmasının virusun mutasiyasının artması ilə bağlı olduğu barədə Britaniya mətbuatı Portuqaliyanın Milli Səhiyyə İnstitutunun alimlərinin araşdırmasına istinadən məlumat yayıb. Hesabatın müəlliflərindən biri Joao Paulo Gomes bildirib ki, "2022-ci ildə meymunçiçəyi virusunda bu qədər çox mutasiya tapmaq olduqca gözlənilməz olub". O əlavə edib ki, "əslində bu tip virusun genomik xüsusiyyətlərini nəzərə alsaq, hər il bir və ya ikidən çox mutasiya müşahidə olunmur", lakin bu il artıq 50 mutasiya müəyyən edilib.
https://sputnik.az/20220630/meymunciceyi-qapidadir-qonsu-olkede-ilk-yoluxma-hali-qeyde-alinib-443516585.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/14/424482672_341:0:3072:2048_1920x0_80_0_0_91cbcc88f62e458144d83c85d5651ddf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
meymunçiçəyi
Meymunçiçəyi mutasiyaya uğrayır - Baş infeksionist təsdiqlədi
Təyyar Eyvazov bildirib ki, koronavirusla müqayisədə meymunçiçəyi virusu DNT tərkibli olduğundan mutasiya potensialı daha kiçikdir.
BAKI, 30 iyun — Sputnik. Meymunçiçəyi virusu mutasiyaya uğrayaraq yayılır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. T.Eyvazov qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar da müxtəlif mutasiyaların baş verdiyini təsdiqləyir.
Baş infeksionist bildirib ki, meymunçiçəyi infeksiyasına ilk insan yoluxması hadisəsi 1970-ci ildə Afrikada aşkarlanıb. Sonrakı illərdə Afrika kontinentinin bir sıra ölkələrində bu imfeksiya yayılaraq insanlar arasında sporadik və ya epidemik alovlanmalara səbəb olub:
"Afrikadan kənar ilk yayılma hadisəsi isə 2003-cü ildə ABD-də qeydə alındı. O vaxtdan bu günədək müxtəlif ölkələrdə bu xəstəliyə ara-sıra rast gəlindi. Lakin hazırkı yayılma arealı daha böyükdür. Yəni biz artıq təsdiqləyə bilərik ki, meymunçiçəyi infeksiyasının yayılma arealı qeyri-endemik ərazilər hesabına xeyli genişlənmişdir. Bunun nə səbəbdən və nə üçün indi baş verməsi haqqında müxtəlif fikirlər mövcuddur.
Bu fərziyələr arasında 1980-ci ildən etibarən təbii çiçəyə qarşı peyvəndləmənin dünya miqyasında dayandırılması nəticəsində insanlarda meymunçiçəyinə həssaslığın artması, qloballaşan dünyada ölkələr arasında sıx əlaqələrin olması və nəhayət virusun mutasiya edərək insanlar arasında daha sürətli yayılması xüsusiyyətini kəsb etməsidir".
Onun sözlərinə görə, koronavirusla müqayisədə bu virus DNT tərkibli olduğundan mutasiya potensialı daha kiçikdir:
"Lakin hazırda bu istiqamətdə aparılan tədqiqatlar müxtəlif mutasiyaların baş verdiyini təsdiqləyir. İstənilən halda virusun hazırda qeyri-endemik ərazilərdə sürətlə yayılması artıq danılmaz faktdır və baş vermə səbəblərindən asılı olmayaraq onunla mübarizə üçün qlobal səviyyədə birgə koordinə olunmuş əksepidemik tədbirlərin həyata keçirilməsi gündəmdədir".
Qeyd edək ki, dünyada meymunçiçəyi xəstəliyinin yayılmasının virusun mutasiyasının artması ilə bağlı olduğu barədə Britaniya mətbuatı Portuqaliyanın Milli Səhiyyə İnstitutunun alimlərinin araşdırmasına istinadən məlumat yayıb. Hesabatın müəlliflərindən biri Joao Paulo Gomes bildirib ki, "2022-ci ildə meymunçiçəyi virusunda bu qədər çox mutasiya tapmaq olduqca gözlənilməz olub". O əlavə edib ki, "əslində bu tip virusun genomik xüsusiyyətlərini nəzərə alsaq, hər il bir və ya ikidən çox mutasiya müşahidə olunmur", lakin bu il artıq 50 mutasiya müəyyən edilib.