Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Meymunçiçəyi qapıdadır: Qonşu ölkədə ilk yoluxma halı qeydə alınıb

© AP Photo / CDC Meymunçiçəyi zamanı dəridə səpgi
Meymunçiçəyi zamanı dəridə səpgi - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
İlin əvvəlindən 48 ölkədə 3,2 mindən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi müəyyən edilib.
BAKI, 30 iyun — Sputnik. Türkiyədə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir yoluxan şəxsin 37 yaşında olduğunu əlavə edib.
Xatırladaq ki, dünyada meymunçiçəyi xəstəliyinin yayılması virusun mutasiyasının artması ilə bağlı ola bilər. Bu barədə cümə günü Britaniya mətbuatı Portuqaliyanın Milli Səhiyyə İnstitutunun alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Hesabatın müəlliflərindən biri Joao Paulo Gomes bildirib ki, "2022-ci ildə meymunçiçəyi virusunda bu qədər çox mutasiya tapmaq olduqca gözlənilməz olub".
O əlavə edib ki, "əslində bu tip virusun genomik xüsusiyyətlərini nəzərə alsaq, hər il bir və ya ikidən çox mutasiya müşahidə olunmur", lakin bu il artıq 50 mutasiya müəyyən edilib.
Bildirilir ki, alimlər tədqiqatda temporal dinamikada genomik ardıcıllıqların yenidən qurulmasına imkan verən metagenomik üsullardan istifadə ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının hazırkı meymunçiçəyi epidemiyasının beynəlxalq narahatlıq doğuran, ictimai səhiyyə üçün fövqəladə hal təşkil edib-etmədiyini müəyyən etmək məqsədilə ilk iclası cümə axşamı Cenevrədə keçirilib.
Komitəyə həmçinin 14 ekspert, o cümlədən Rusiya Vektor Mərkəzinin rəhbəri Rinat Maksyutov daxildir.
Cari ilin əvvəlindən dünyanın 48 ölkəsində 3,2 mindən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi müəyyən edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək. Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək.
Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələr Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparılır. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur.
Meymunçiçəyinə qarşı vaksin vurulması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2022
SƏHİYYƏ
Meymunçiçəyi virusu hazırda beynəlxalq səviyyədə fövqəladə vəziyyət yaratmır - ÜST
Xəbər lenti
0