https://sputnik.az/20220628/usaq-bagcalarinda-monitorinqler-basa-catib-nazir-atacagi-addimlari-aciqladi-443444381.html
Uşaq bağçalarında monitorinqlər başa çatıb: Nazir atacağı addımları açıqladı
Uşaq bağçalarında monitorinqlər başa çatıb: Nazir atacağı addımları açıqladı
Sputnik Azərbaycan
Təhsil naziri Emin Əmrullayev deyib ki, uşaq bağçalarında qidalanma rasionu ilə bağlı qaydalar köhnəlib və yenisinin tətbiqi zaman tələb edir. 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T22:40+0400
2022-06-28T22:40+0400
2022-06-28T22:40+0400
uşaq
təhsil
emin əmrullayev
uşaq bağçaları
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427781654_0:100:3072:1828_1920x0_80_0_0_2d6ac61cb90b2d7b5580d8949e27c7bb.jpg
BAKI, 28 iyun — Sputnik. Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var.Bunu Təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdə STEAM mərkəzinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, hazırda bir çox bölgələrdə auditlər həyata keçirilir: "Nəticəyə uyğun olaraq müvafiq intizam tənbeh tədbirlərinin görülməsi və ciddi məqamlarla bağlı da ictimaiyyətə məlumatlar veriləcək. Uşaq bağçaları ilə bağlı bir neçə istiqamət üzrə iş gedir. Bizim üçün bir neçə prioritet sahə var. İlk növbədə, bağçalara qəbulu vahid prinsiplər əsasında elektron sistem üzərindən həyata keçirmək istəyirik. İyulun ikinci ongünlüyündən başlayaraq prosesi tamamlayıb ümumrespublika üzrə vahid elektron bazanı bitirmiş olacağıq".Nazir bildirib ki, tərbiyəçilərin işə qəbulunun da vahid formatda aparılması nəzərdə tutulub: "İyul ayında prosesin müəllimlərin işə qəbulu (MİQ) formatında keçirilməsi mümkün olacaq. Eyni zamanda Mingəçevir və digər şəhərlərdə bağça müdirlərinin yeri vakant olaraq qalır. Direktorların işə qəbulu prosesində həmin vakant yerlərə qəbulun da şəffaf keçirilməsini planlaşdırırıq. Bağçalarda uşaqların qidalanması məsələsi də əsas hədəflərdəndir. Bu, kifayət qədər mürəkkəb məsələdir. Qidalanma rasionu ilə bağlı qaydalar köhnəlib və yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq ictimaiyyətə təqdim olunacaq".Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.Məlumat üçün bildirək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq. Məlumat üçün bildirək ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.
https://sputnik.az/20220628/tehsil-naziri-biz-yaxsi-muellimi-itirib-zeif-direktor-elde-etmek-istemirik-443435368.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427781654_182:0:2913:2048_1920x0_80_0_0_10787d766b12bcf2ad73d89afb2167c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
uşaq, emin əmrullayev, uşaq bağçaları
uşaq, emin əmrullayev, uşaq bağçaları
Uşaq bağçalarında monitorinqlər başa çatıb: Nazir atacağı addımları açıqladı
Təhsil naziri Emin Əmrullayev deyib ki, uşaq bağçalarında qidalanma rasionu ilə bağlı qaydalar köhnəlib və yenisinin tətbiqi zaman tələb edir.
BAKI, 28 iyun — Sputnik. Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var.
Bunu Təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdə STEAM mərkəzinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bir çox bölgələrdə auditlər həyata keçirilir:
"Nəticəyə uyğun olaraq müvafiq intizam tənbeh tədbirlərinin görülməsi və ciddi məqamlarla bağlı da ictimaiyyətə məlumatlar veriləcək. Uşaq bağçaları ilə bağlı bir neçə istiqamət üzrə iş gedir. Bizim üçün bir neçə prioritet sahə var. İlk növbədə, bağçalara qəbulu vahid prinsiplər əsasında elektron sistem üzərindən həyata keçirmək istəyirik. İyulun ikinci ongünlüyündən başlayaraq prosesi tamamlayıb ümumrespublika üzrə vahid elektron bazanı bitirmiş olacağıq".
Nazir bildirib ki, tərbiyəçilərin işə qəbulunun da vahid formatda aparılması nəzərdə tutulub:
"İyul ayında prosesin müəllimlərin işə qəbulu (MİQ) formatında keçirilməsi mümkün olacaq. Eyni zamanda Mingəçevir və digər şəhərlərdə bağça müdirlərinin yeri vakant olaraq qalır. Direktorların işə qəbulu prosesində həmin vakant yerlərə qəbulun da şəffaf keçirilməsini planlaşdırırıq. Bağçalarda uşaqların qidalanması məsələsi də əsas hədəflərdəndir. Bu, kifayət qədər mürəkkəb məsələdir. Qidalanma rasionu ilə bağlı qaydalar köhnəlib və yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq ictimaiyyətə təqdim olunacaq".
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.
Məlumat üçün bildirək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq. Məlumat üçün bildirək ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.