Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil naziri: "Biz yaxşı müəllimi itirib, zəif direktor əldə etmək istəmirik"

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirirb ki, regional təhsil idarələri direktorların seçimində müəyyən rol oynayacaqlar.
BAKI, 28 iyun — Sputnik. Bu gün Təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərində jurnalistlərə açıqlamasında bildirib ki, məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı çoxdur. Lakin seçim üçün yaradılan komissiya bu vəzifəyə uyğun olanların sayının az olduğunu üzə çıxarır.
O qeyd edib ki, məktəb direktoru olmaq üçün uyğunluq çox önəmlidir:
"Çox yaxşı müəllimlərimiz var və direktor olmaq istəyirlər. Lakin biz onları direktor kimi görmürük. Çünki onlar müəllim kimi çox yaxşı iş görürlər. Biz yaxşı müəllimi itirib, zəif direktor əldə etmək istəmirik. Ona görə də hazırda bu istiqamətdə müəyyən işlər görülür. Yeni tədris ilinin əvvəlində bu barədə hesabat xarakterli məlumat veriləcək".
Nazir bildirib ki, regional təhsil idarələri direktorların seçimində müəyyən rol oynayacaqlar: "Bu, az şagird kontingenti olan məktəblər üçün keçərli olacaq".
Qeyd edək ki, İyunun 28-də Təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, təhsil haqqı, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0