https://sputnik.az/20220628/prezident-pensiyasi-az-olan-sexslere-muavinet-teyin-olunmasi-barede-qanun-imzalayib-443442130.html
Prezident pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalayıb
Prezident pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalayıb
Sputnik Azərbaycan
Yeni dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin... 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T18:23+0400
2022-06-28T18:23+0400
2022-06-28T18:36+0400
cəmiyyət
prezident ilham əliyev
pensiya
pensiya təminatı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443388942_0:43:1000:606_1920x0_80_0_0_a3e7d7fb77c9495adfd8b5c6a99b9e7e.jpg
BAKI, 28 iyun — Sputnik. Prezident İlham Əliyev "Sosial müavinətlər haqqında" qanununda dəyişiklik edilməsi qanunu imzalayıb. Sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.Bundan başqa, Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək.Dəyişikliklə qanuna 1.0.1-1-ci maddə ilə "şərti əmək pensiyası" anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində "almalı olduğu" sözləri "şərti əmək pensiyası" sözləri ilə əvəzlənir.Bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq.Qanuna əlavə edilmiş yeni maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.
https://sputnik.az/20220628/azerbaycanda-hansi-xesteler-pensiya-ala-bilecek-prezident-qanunlari-imzaladi-443442024.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443388942_68:0:932:648_1920x0_80_0_0_741f92b14361814517d32b233db81cb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, pensiya, pensiya təminatı
prezident ilham əliyev, pensiya, pensiya təminatı
Prezident pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalayıb
18:23 28.06.2022 (Yenilənib: 18:36 28.06.2022) Yeni dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
BAKI, 28 iyun — Sputnik. Prezident İlham Əliyev "Sosial müavinətlər haqqında" qanununda dəyişiklik edilməsi qanunu imzalayıb. Sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.
Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.
Bundan başqa, Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək.
Dəyişikliklə qanuna 1.0.1-1-ci maddə ilə "şərti əmək pensiyası" anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində "almalı olduğu" sözləri "şərti əmək pensiyası" sözləri ilə əvəzlənir.
Bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq.
Qanuna əlavə edilmiş yeni maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.