https://sputnik.az/20220628/azerbaycanda-hansi-xesteler-pensiya-ala-bilecek-prezident-qanunlari-imzaladi-443442024.html
Azərbaycanda hansı xəstələr pensiya ala biləcək? Prezident qanunları imzaladı
Azərbaycanda hansı xəstələr pensiya ala biləcək? Prezident qanunları imzaladı
Sputnik Azərbaycan
İmzalanmış sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq... 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T17:50+0400
2022-06-28T17:50+0400
2022-06-28T18:34+0400
cəmiyyət
prezident ilham əliyev
pensiya
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_0:160:3073:1888_1920x0_80_0_0_89f2153946c35b0c7ebba365c4fca585.jpg
BAKI, 28 iyun — Sputnik. Prezident İlham Əliyev "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.Belə ki, "Onkoloji yardım haqqında" qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.İndiyədək qüvvədə olan "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Yeni sənədlə əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_170:0:2901:2048_1920x0_80_0_0_0c61766cfb511f85ae4b923c05381c3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, pensiya
prezident ilham əliyev, pensiya
Azərbaycanda hansı xəstələr pensiya ala biləcək? Prezident qanunları imzaladı
17:50 28.06.2022 (Yenilənib: 18:34 28.06.2022) İmzalanmış sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq
BAKI, 28 iyun — Sputnik. Prezident İlham Əliyev "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.
Belə ki, "Onkoloji yardım haqqında" qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
İndiyədək qüvvədə olan "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Yeni sənədlə əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.