CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş məhkum da ailəsini dolandırmalıdır - fəhlə də işləyə bilər, taksi sürücüsü də - Rəy

© Sputnik / Murad OrujovTaksi sürücüsü
Taksi sürücüsü - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Hüquq müdafiəçisi hesab edir ki, keçmiş məhkumlar cəzaçəkmə müəssisəsindən çıxıb iş tapa bilməyəndə oğurluğa daha çox meyilli olurlar.
BAKI, 28 iyun — Sputnik. Hər hansı bir şəxs məhkəmə tətəfindən müəyyən olunmuş cəzasını çəkdikdən sonra onunla bağlı qanunun tətbiq etdiyi məhduduiyyətlər aradan qaldırılır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə Rusiyada bəzi keçmiş məhkumların taksi sürücüsü olaraq çalışmağına qadağaların tətbiq olunmasına münasibət bildirərkən deyib.
© Sputnik / Murad OrujovDeputat Çingiz Qənizadə
Deputat Çingiz Qənizadə - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Deputat Çingiz Qənizadə

Qeyd edək ki, cari ilin iyunun 11-də Rusiya prezidenti Vladimir Putin bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməyə, habelə orta ağırlıqda olan cinayətlərə görə məhkumluğu olan şəxslərin taksi və avtobus sürücüsü işləməsini qadağan edən qanunu imzalayıb. Qanuna əsasən, adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, adam oğurluğu, quldurluq, şəxsin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərə, “o cümlədən ictimai təhlükəsizlik əleyhinə, ictimai təhlükəsizlik əleyhinə cinayətlərə” görə hökm üzərindən götürülməmiş və ya çəkilməmiş məhkumluğu olan şəxslər sərnişin və baqaj daşınarkən sərnişin taksilərinin idarə olunmasına buraxılmır.

Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsində məhkumluğun ödənilməsi anlayışı var. Bu cür hallarda insanın üzərindən ümumiyyətlə məhkumluq sözü götürülür:

"Hər bir məhkum da cəzasını çəkdikdən sonra bu və ya digər işlə məşğul olaraq ailəsini dolandırmalıdır. O nəinki fəhlə, həmçinin taksi sürücüsü də ola bilər, özəl sektorda da çalışa bilər".

Belə qadağaların Azərbaycanda tətbiqinin əleyhinə olan Ç.Qənizadə bildirir ki, şəxs qanunla müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməyibsə, məhkumluğu ödənilibsə, o istənilən vəzifəni tuta bilər, hətta rəsmi qurumlarda da çalışa bilər:

"Məhkumluğa görə insanın ömür boyu sıxışdırılması, cəmiyyətdən təcrid olunması qətiyyən düzgün deyil. Bu insanların işləmək və digər konstitusion hüquqlarının pozulması deməkdir".

Hüquqşünas belə bir məhdudiyyətin tətbiq ediməsinin əleyhinə olduğunu bildirib:
"Düzdür, Sovet dövründə islah əmək düşərgələri var idi. Yəni, orada islahdan söhbət gedirdi. Lakin indi cəzaçəkmə müəssisələridir və burada islahdan söhbət getmir. Statistikada da əvvəllər məhkum olanlar arasında təkrar cinayət törədənlərlə bağlı çəkini görə bilərik. Bu kimi halların təkrarlanması müəyyən siyasi-ictimai proseslərdən deyil, ölkənin iqtisadiyyatı ilə bağlı məsələlərdən qaynaqlanan nüanslardır".
Onun qənaətinə görə, keçmiş məhkumlar cəzaçəkmə müəssisəsindən çıxıb iş tapa bilməyəndə oğurluğa daha çox meyilli olurlar.
Hüquqşünas Türkel Süleymanlı da yol qəzası törədərək məhkumluq həyatı yaşayan şəxslər istisna olmaqla digər şəxslərin sürücülük hüquqlarının məhdudlaşdırılmasını, onlara taksi sürücüsü kimi çalışmasına məhdudiyyət qoyulmasını düzgün hesab etmir:
© Sputnik / Murad OrujovTürkel Süleymanlı
Türkel Süleymanlı  - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Türkel Süleymanlı
"Bu, həmin insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Çünki hər bir cinayətə görə, müəyyən müddətdən sonra şəxsin üzərindən məhkumluq adı götürülür".
***
Onu da qeyd edək ki, Rusiyada tətbiq olunan yeni qanunvericiliyə görə, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə uyğun olaraq, orta ağırlıqdakı cinayətlərə, ağır və xüsusilə ağır cinayətlərə aid olan konstitusiya quruluşunun və dövlətin təhlükəsizliyinin, bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı əsaslarına aid cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslərə də taksi sürməyə icazə verilmir.
İşəgötürənə cinayət keçmişinin olmaması haqqında arayış təqdim etməyən işçilərlə əmək müqaviləsi ləğv edilir.
Qaydalar həmçinin Aİİ üzvü olan ölkələrin (Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan) vətəndaşları ilə bağlanan əmək müqavilələrinə də şamil edilir. Təşəbbüs müəlliflərinin qeyd etdiyi kimi, digər əcnəbilərlə bağlı məsələ Rusiya Federasiyasının ərazisində və ya onun hüdudlarından kənarda cinayət törətməkdə ittiham olunan əcnəbi vətəndaşların iş icazəsi və patent almasına qadağa qoyulması yolu ilə həll edilib.
Avtobuslara, tramvaylara, trolleybuslara gəldikdə isə ictimai təhlükəsizlik əleyhinə, konstitusiya quruluşunun əsaslarına və dövlət təhlükəsizliyinə qarşı, sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayət törətdiklərinə görə, cinayət məsuliyyətinə cəlb edilmiş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə onları sürməyə yol verilmir. Yəni, bu halda söhbət ağır və xüsusilə ağır cinayətlərdən gedir.
Rusiyada yeni qaydalar 2023-cü il martın 1-dən qüvvəyə minəcək. Eyni zamanda, bir sıra keçid müddəaları nəzərdə tutulub ki, onlara görə artıq bu sahədə çalışan şəxslər 2023-cü il sentyabrın 1-dək müvafiq sənədləri işəgötürənə təqdim etməli olacaqlar.
© Photo : STRTikanlı məftillər. Arxiv şəkli
Tikanlı məftillər. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Tikanlı məftillər. Arxiv şəkli
***
Qeyd edək ki, Azərbaycanda qüvədə olan Məşğulluq haqqında qanunvericiliyə əsasən, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aiddir və həmin şəxslər məşğulluq tədbirlərinin icrası zamanı üstün hüquqa malikdirlər. Eyni zamanda bu kateqoriyadan olan vətəndaşlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər.
Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır. Cari ilin ötən dövrü ərzində bu kateqoriyadan olan 103 nəfər proqrama cəlb edilib.
Dövlət məşğulluq siyasəti cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsini də nəzərdə tutur. Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıq edilir. Belə ki, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən yaxın dövrdə azad ediləcək şəxslər üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının Qanununun 14.1 maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərin sosial adaptasiya müddətində (1 il) minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti almaq hüququ var. Hazırda bu məbləğ 1000 manatdır.
© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
***
Xatırladaq ki, Prezident İlham Əliyevin car ilin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.
Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Onu da qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.06.2022
PAYTAXT XƏBƏRLƏRİ
"Bir manatlıq" taksilər nəzarətsizdir? - BNA-nın mövqeyi
Xəbər lenti
0