https://sputnik.az/20220622/bir-manatliq-taksiler-nezaretsizdir---bna-nin-movqeyi-443150141.html
"Bir manatlıq" taksilər nəzarətsizdir? - BNA-nın mövqeyi
"Bir manatlıq" taksilər nəzarətsizdir? - BNA-nın mövqeyi
Sputnik Azərbaycan
BNA bildirir ki, şəhərdəki taksilərin böyük əksəriyyəti, 90 faizi qanunsuz fəaliyyət göstərir 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T10:22+0400
2022-06-22T10:22+0400
2022-06-22T10:32+0400
taksi
paytaxt xəbərləri
bna
https://cdnn1.img.sputnik.az/img/42175/03/421750388_38:0:1000:541_1920x0_80_0_0_55be2132a218dcf10130a5d2497797b4.jpg
BAKI, 22 iyun — Sputnik. "İctimai nəqliyyatın vəziyyətinin bərbad olması ilə əlaqədar Bakı sakinləri ucuz taksi xidmətindən istifadə etməyə üstünlük verirlər. "Bir manatlıq" taksilər olmasa, vətəndaşların bir məntəqədən digəinə hərəkətində çox böyük çətinliklər olar. Bir manatlıq taksilərin olması normaldır. Onların fəaliyyətini daha da qanuniləşdirmək üçün müəyyən addımlar atmaq olar".Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert deyir ki, Bakı şəhərində taksi xidmətinin nizamlanması, standartlara uyğunlaşdırılması, yüksək keyfiyyətli xidmətin təşkili ilə bağlı ölkə başçısının 7 fevral 2022-ci il fərmanı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi: "Bu fərmanda həmçinin taksi fəaliyyətinin nizama salınmasının vacibliyi qeyd olunur. Bundan irəli gələrək yəqin ki, BNA-da müəyyən dəyişikliklər həyata keçiriləcək".O təklif edir ki, "bir manatlıq" taksilər üçün xüsusi dayancaqlar yaradılsın.BNA isə bildirdilər ki, "bir manatlıq" taksilər onların nəzarətində deyil və onlar heç bir halda taksiyə görə məsuliyyət daşımır, sadəcə olaraq fərqlənmə nişanı verirlər: "Şəhərdə gördüyünüz taksilərin böyük əksəriyyəti, 90 faizi qanunsuz fəaliyyət göstərir. "Bir manatlıq" taksilər qanunsuz fəaliyyət göstərir. Onlarla bağlı hər hansı şikayət olduqda 102-ə məlumat vermək lazımdır".Qeyd edək ki, Prezident İlham Əliyevin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, fərmanla əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fərmana uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42175/03/421750388_279:0:1000:541_1920x0_80_0_0_1010f1f3e4189e5d59c2dc0cd273e723.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, bna
"Bir manatlıq" taksilər nəzarətsizdir? - BNA-nın mövqeyi
10:22 22.06.2022 (Yenilənib: 10:32 22.06.2022) BNA bildirir ki, şəhərdəki taksilərin böyük əksəriyyəti, 90 faizi qanunsuz fəaliyyət göstərir
BAKI, 22 iyun — Sputnik. "İctimai nəqliyyatın vəziyyətinin bərbad olması ilə əlaqədar Bakı sakinləri ucuz taksi xidmətindən istifadə etməyə üstünlük verirlər. "Bir manatlıq" taksilər olmasa, vətəndaşların bir məntəqədən digəinə hərəkətində çox böyük çətinliklər olar. Bir manatlıq taksilərin olması normaldır. Onların fəaliyyətini daha da qanuniləşdirmək üçün müəyyən addımlar atmaq olar".
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert deyir ki, Bakı şəhərində taksi xidmətinin nizamlanması, standartlara uyğunlaşdırılması, yüksək keyfiyyətli xidmətin təşkili ilə bağlı ölkə başçısının 7 fevral 2022-ci il fərmanı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi: "Bu fərmanda həmçinin taksi fəaliyyətinin nizama salınmasının vacibliyi qeyd olunur. Bundan irəli gələrək yəqin ki, BNA-da müəyyən dəyişikliklər həyata keçiriləcək".
O təklif edir ki, "bir manatlıq" taksilər üçün xüsusi dayancaqlar yaradılsın.
BNA isə bildirdilər ki, "bir manatlıq" taksilər onların nəzarətində deyil və onlar heç bir halda taksiyə görə məsuliyyət daşımır, sadəcə olaraq fərqlənmə nişanı verirlər: "Şəhərdə gördüyünüz taksilərin böyük əksəriyyəti, 90 faizi qanunsuz fəaliyyət göstərir. "Bir manatlıq" taksilər qanunsuz fəaliyyət göstərir. Onlarla bağlı hər hansı şikayət olduqda 102-ə məlumat vermək lazımdır".
Qeyd edək ki, Prezident İlham Əliyevin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, fərmanla əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fərmana uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.