Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cüdoçularmız komanda yarışında Avropa birinciliyinin bürünc medallarını qazanıb

© Photo : AZERTAGCüdoçularmız Avropa birinciliyinin komanda yarışında bürünc medal qazanıblar
Cüdoçularmız Avropa birinciliyinin komanda yarışında bürünc medal qazanıblar - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Abunə olmaq
Yeniyetmə oğlanlardan ibarət millimiz fərdi yarışlarda medal əyarına və sayına görə birinci yerə sahib olub.
BAKI, 26 iyun - Sputnik. Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları keçirilib.
Azərtac xəbər verir ki, Azərbaycan cüdoçuları üçüncü yer uğrunda Polşa yığmasına 4:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıblar.
Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub.
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0