Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldu "Mançester Yunayted" tarixinin "10-luğ"una düşə bilməyib

© AFP 2023 / MIGUEL MEDINAКриштиану Роналду, фото из архива
Криштиану Роналду, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2022
Abunə olmaq
Kriştianu Ronaldu "Mançester Yunayted"də bütün yarışlarda 330 oyun keçirib, 142 qol və 71 məhsuldar ötürmə müəllifi olub.
BAKI, 25 iyun - Sputnik. İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldu klub tarixinin ən yaxşı oyunçuları sıralamasında "10-luğ"a düşə bilməyib.
"Report"un məlumatına görə, "FourFourTwo" nəşrinin dərc etdiyi siyahıda 37 yaşlı hücumçu 12-ci yerlə kifayətlənib. Səbəb kimi portuqaliyalı hücumçunun ən yaxşı illərini digər klublarda keçirməsi göstərilib.
İlk "10-luq"da Rayan Giqqz, Bobbi Çarlton, Corc Best, Brayan Robson, Erik Kantona, Denis Lou, Dunkan Edvards, Peter Şmeyxel, Ueyn Runi və Pol Skoulz yer alıb.
Qeyd edək ki, Kriştianu Ronaldu "Mançester Yunayted"də bütün yarışlarda 330 oyun keçirib, 142 qol və 71 məhsuldar ötürmə müəllifi olub. Onun "qırmızı şeytanlar"la müqaviləsi 30 iyun 2023-cü ilədəkdir.
Xəbər lenti
0