https://sputnik.az/20220625/azerbaycan-cudoculari-avropa-cempionatinda-birinci-yeri-qazaniblar-443352995.html
Azərbaycan cüdoçuları Avropa çempionatında birinci yeri qazanıblar
Azərbaycan cüdoçuları Avropa çempionatında birinci yeri qazanıblar
Sputnik Azərbaycan
Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışlarında tarixi nəticə əldə edərək... 25.06.2022, Sputnik Azərbaycan
2022-06-25T22:57+0400
2022-06-25T22:57+0400
2022-06-25T23:05+0400
idman
cüdo
avropa
https://cdnn1.img.sputnik.az/img/07e6/06/19/443353212_0:26:851:504_1920x0_80_0_0_99f3eca610ec4c21b01a8da02ec21569.jpg
BAKI, 25 iyun - Sputnik. Xorvatiyanın Poreç şəhərində iyunun 23-dən 25-dək keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.Çempionatın ilk günü oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. -55 kq. çəkidə Şahin Oruczadə və -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.Qızlar arasında -48 kq. çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.Yarışın ikinci günü oğlanlar arasında -66 kq. çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kq. çəki dərəcəsində Əli Hacızadə bürünc medal qazanıblar.Qızlar arasında isə -57 kq. çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazırıb.Beləliklə idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar.Sonuncu dəfə yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2004-cü ildə keçirilən Avropa çempionatında komanda hesabında qələbə əldə etmişdi.Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız cəmi 4 idmançı ilə yarışlarda iştirak etməsinə baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında 4-cü olub.Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub (Report).
https://sputnik.az/20220625/azerbaycanli-gulesciler-romada-tarix-yazdilar-443351113.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/19/443353212_71:0:778:530_1920x0_80_0_0_531ba9ed9f6cc85e9254e66cda03e8ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cüdo, avropa
Azərbaycan cüdoçuları Avropa çempionatında birinci yeri qazanıblar
22:57 25.06.2022 (Yenilənib: 23:05 25.06.2022) Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışlarında tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutublar.
BAKI, 25 iyun - Sputnik. Xorvatiyanın Poreç şəhərində iyunun 23-dən 25-dək keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.
Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.
Çempionatın ilk günü oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. -55 kq. çəkidə Şahin Oruczadə və -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.
Qızlar arasında -48 kq. çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.
Yarışın ikinci günü oğlanlar arasında -66 kq. çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kq. çəki dərəcəsində Əli Hacızadə bürünc medal qazanıblar.
Qızlar arasında isə -57 kq. çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazırıb.
Beləliklə idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar.
Sonuncu dəfə yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2004-cü ildə keçirilən Avropa çempionatında komanda hesabında qələbə əldə etmişdi.
Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız cəmi 4 idmançı ilə yarışlarda iştirak etməsinə baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında 4-cü olub.
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub (Report).