https://sputnik.az/20220624/azersun-senaye-parki-yanginin-neticeleri-barede-tezminatin-odenileceyini-gozleyirik-443293177.html
"Azərsun Sənaye Parkı" yanğının nəticələri barədə: "Təzminatın ödəniləcəyini gözləyirik"
"Azərsun Sənaye Parkı" yanğının nəticələri barədə: "Təzminatın ödəniləcəyini gözləyirik"
Sputnik Azərbaycan
Savaş Uzan yanğında yanan mallarla bağlı sığorta ödənişi məsələsinə də aydınlıq gətirib. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T16:25+0400
2022-06-24T16:25+0400
2022-06-24T16:25+0400
"azərsun holding"
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441533035_0:120:1280:840_1920x0_80_0_0_3d168488169b10bbc743f5c979ab4965.jpg
BAKI, 24 iyun — Sputnik. "Azərsun Holdinq" MMC bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı"nda baş vermiş yanğından sonra hər hansı məhsul istehsalı və ehtiyatların yaradılması ilə bağlı problemlə üzləşməyib.Bunu "Report"a açıqlamasında holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib."Doğrudur, yanğına görə müəyyən qədər itkilərimiz oldu. Lakin yanğın baş verən gün də istehsal davam edirdi, bu gün də belədir. Zavod öz işini tam gücü ilə davam etdirir", - deyə o, qeyd edib.S.Uzan yanğına görə sığorta ödənişi məsələsinə də aydınlıq gətirib: "Bildiyiniz kimi, bizim sığortamız var idi və biz də şirkət olaraq sığorta ödənişi üçün müraciət etmişik. Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik".Xatırladaq ki, aprelin 28-də saat 18 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın başlayıb. Yanğın aprelin 29-da saat 08:24-də söndürülüb.Məlumat üçün bildirək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq."Azərbaycan Sənaye Sığorta" Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova məlumat verib ki, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub. Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220429/azersun-senaye-parkina-deyen-ziyani-sigorta-qarsilayacaq-441540816.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441533035_0:0:1280:960_1920x0_80_0_0_971bda77e14e65b4be724ac26d833441.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
"azərsun holding"
"Azərsun Sənaye Parkı" yanğının nəticələri barədə: "Təzminatın ödəniləcəyini gözləyirik"
Savaş Uzan yanğında yanan mallarla bağlı sığorta ödənişi məsələsinə də aydınlıq gətirib.
BAKI, 24 iyun — Sputnik. "Azərsun Holdinq" MMC bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı"nda baş vermiş yanğından sonra hər hansı məhsul istehsalı və ehtiyatların yaradılması ilə bağlı problemlə üzləşməyib.
Bunu "Report"a açıqlamasında holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib.
"Doğrudur, yanğına görə müəyyən qədər itkilərimiz oldu. Lakin yanğın baş verən gün də istehsal davam edirdi, bu gün də belədir. Zavod öz işini tam gücü ilə davam etdirir", - deyə o, qeyd edib.
S.Uzan yanğına görə sığorta ödənişi məsələsinə də aydınlıq gətirib: "Bildiyiniz kimi, bizim sığortamız var idi və biz də şirkət olaraq sığorta ödənişi üçün müraciət etmişik. Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik".
Xatırladaq ki, aprelin 28-də saat 18 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın başlayıb. Yanğın aprelin 29-da saat 08:24-də söndürülüb.
Məlumat üçün bildirək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq.
"Azərbaycan Sənaye Sığorta" Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova məlumat verib ki, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub. Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.